Rio 2016

RİO 2016: Toğrul Əsgərov finalda məğlub oldu

355views

Bu gün RİO 2016-nın son günündə kişilərin 65 kq-da sərbəst üsul ilə güləş yarışlarında təmsilçimiz Toğrul Əsgərov mübarizəyə qoşuldu.1/8 finalda ukraynalı Andrey Kvyatkovsini məğlub edən Toğrul daha sonra daha çətin rəqib olan iranlı Ali Yezdaniyə də qalib gələrək yarım finala adlayıb.Yarımfinalda italiyalı Frank Chamizonu da məğlub edən Əsgərov finala vəsiqə qazanıb.Lakin təəssüflər olsun ki,Toğrul finalda Soslan Ramonova özünə yaraşmayan 0-11 hesabı ilə məğlub oldu.

2012 London olimpiadasının qalibi olan Toğrul Rio-2016da ölkəmizə gümüş medalı qazandırdı.

Elnur Cəfərov
idman xəbərləri yazarı