Rio 2016

RİO 2016: Son medallarımız Sotomayor və Xetaq Qazyumovdan gəldi

305views

Bu gün RİO olimpiadasına yekun vurulur.Son yarış günündə 3 idmançımız finalda mübarizə aparırdı.Xəbər verdiyimiz kimi Toğrul Əsgərov finalda məğlub olaraq gümüş medal qazandı. Digər təcrübəli güləşçimiz Xetaq Qazyumov da finalda amerikalı güləşçi Frederik Snayderə məğlub olaraq gümüş medalı ölkəmizin aktivinə yazdı.Bu olimpiada Xetaqın son olimpiadasıdır. Güləşçimiz Pekin və London olimpiadalarında bürünc, RİO-da isə gümüş medal qazanıb və ən sevilən güləşçilərimizdən biri olaraq yaddaşlarda qalacaq.

Bu gün həmçinin boks yarışlarında da təmsilçimiz Sotomayor final görüşünə çıxdı. 1 və 3 cü raundlarda özbək rəqibi Fazluddin Gaibnazarovdan üstün olsada hakimlərin qərəzli qərarına əsasən Fazluddin 2-1 hesabı ilə qalib gəldi. Bütün bunlara baxmayaraq Sotomayoru və ölkəmizi təbrik edirik.

Elnur Cəfərov
idman xəbərləri yazarı