Rio 2016

RİO 2016: Radik İsayev finalda !

255views

Bu gün taekvando yarışlarında kişilərin +80 kq çəki dərəcəsində təmsilçimiz Radik İsayev mübarizəyə qoşulub.1/8də qazax Ruslan Zaparovu,1/4 finalda cənubi koreyalı Cha Dongmini məğlub edən İsayev yarım finalda da böyük britaniyalı Cho Mahamaya heç bir şans vermiyərək finala vəsiqə qazandı. Finalda onun rəqibi Niger taekvandoçusu Abdoulrazak İssoufou olacaq. Final Bakı vaxtı ilə bu gecə saat 05:15-də baş tutacaq.İsayevə uğurlar arzulayırıq və ölkəmizə ilk qızıl medalı qazandıracağına ümid edirik.

Elnur Cəfərov
idman xəbərləri yazarı