Digər İdmanRio 2016

Rio 2016-da bu gün növbəti idmançılarımız yarışa start verəcəklər

190views
Rio-de-Janeyro Olimpiadasının dördüncü günündə daha üç azərbaycan idmançısı iştirakını başlayacaq.
Qılıncoynadan Səbinə Mikina Olimpiadada iştirakını başlayacaq.
Cüdoçumuz Rüstəm Orucov 73 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq.
Abdulqadir Abdullayev 91 kq çəki dərəcəsində fransız Pol Omba Bionqolo ilə döyüşəcək.
Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.
Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər.
Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər.