Futbol

Respublika stadionunun direktoru: “Qarabağın ilk oyununa kimi qazon tam hazır olacaq”

700views

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev bəyan edib ki, arenanın qazonu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində keçirəcəyi ilk ev oyununa kimi tam hazır vəziyyətə gətiriləcək və heç bir problem olmayacaq. O, bunları söyləyib:

“Göteborq”un şikayəti əsassızdır. Onlar da “Qarabağ”la eyni şərtlər altında oynadılar. UEFA rəsmiləri oyundan öncə qazona baxış keçirdilər və heç bir problem olmadığını gördülər. Hansısa problem olsaydı, oyunun keçirilməsinə razılıq verməzdidlər. Qazon UEFA-nın bütün tələblərinə cavab verirdi. Sadəcə, avqust ayı həmişə isti keçir və bu dövrlərdə qazonda yaranan problemlər də istiyə görədir. Bəzi yerlərdə oy yanıb. Bu da oyun vaxtı xoşagəlməz görüntüyə səbəb olur. Mütəxəssislərlə məsləhətləşmişik. Hazırda təmir işləri gedir. Sentyabrın ortasında qazon tam hazır olacaq. Bu üzdən də “Qarabağ”ın stadion dəyişməsindən söhbət belə gedə bilməz. “Qarabağ” bundan sonra da Avroliqadakı ev oyunlarını bizim arenada keçirəcək”.

Elnur Cəfərov
idman xəbərləri yazarı