Futbol

Real Madrid xal itirməyə davam edir

762views

LaLiqanın 5-ci həftəsində Villareal ilə bərabərə qalan Real bu dəfə isə Las Palmas səfərində xal itkisi ilə üzləşdi. Madrid təmsilçisi oyunda 2 dəfə hesabda önə keçsə də rəqib hər 2 cəhddə bərabərlik qollarını vurmağı bacarıb. Realın qollarını Benzema və Asensio vurub. Las Palmasda isə Tana ilə Sergio Araujo fərqlənib.

Oyunun ən maraqlı anlarından biri isə Realın məşqçisi Zidanın 71 dəqiqədə Ronaldonu əvəzləməsindən sonra portuqaliyalının mimikası olub. Mimikadan aydın oldu ki, Ronaldo əvəz olunması ilə razı deyildi.

Elnur Cəfərov
idman xəbərləri yazarı