Futbol

Real Madrid – Sevilya oyunun start heyəti məlumdur

256views

Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq. Kubok ötən il olduğu kimi, bu il də İspaniyaya gedəcək. Sadəcə keçən ildən fərqli olaraq bu dəfə nüfuzlu mükafat uğrunda “Sevilya”nın rəqibi “Barselona” deyil, onun əzəli rəqibi “Real” olacaq.

Çempionlar Liqasının qalibi adını qazanan Zinəddin Zidanın yetirmələri Avropa Liqasının “əbədi qalibi” “Sevilya”nı bu dəfə də məyus qoymaq istəyir. Belə ki, bu matç rəqiblərin ikinci Superkubok duelidi. 2014-cü ildə də “Real” və “Sevilya” mükafatın qalibini müəyyənləşdirmişdi. Həmin vaxt Uelsin Kardiff şəhərində keçirilən görüşdə Madrid klubu daha güclü olmuşdu – 2:0. “Millenium”da hər iki qolu Kriştianu Ronaldo vurmuşdu. Portuqaliyalı “Sevilya”nın tarixində bu komandaya ən çox qol vuran oyunçudu – 22 top.

Əndəlüslülər isə ötən il gərgin mübarizədən sonra (“Barselona” – “Sevilya” – 5:4) əldən verdikləri qəniməti bu dəfə nəyin bahasına olursa olsun qazanmaq istəyirlər. “Kral klubu” bu vacib oyunda zədə səbəbindən əsas ulduzu, son Avropa çempionu Kristiano Ronaldonun xidmətindən məhrum olub. Oyun Norveçin Tronheym şəhərində keçiriləcək İspaniya derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

UEFA Superkuboku

9 avqust

22:45. “Real” (İspaniya) – “Sevilya” (İspaniya)

Baş hakim: Milorad Majiç

Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Curceviç

Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)

Dördüncü hakim: Şimon Marçinyak

Ehtiyat hakim: Tomaş Listkeviç (hər ikisi Polşa)

Tronheym (Norveç). “Lerkendal” stadionu

During the UEFA Champions League Final match between Real Madrid and Club Atletico de Madrid at Stadio Giuseppe Meazza on May 28, 2016 in Milan, Italy.
During the UEFA Champions League Final match between Real Madrid and Club Atletico de Madrid at Stadio Giuseppe Meazza on May 28, 2016 in Milan, Italy.

“Real”: 13. Kike Kasilla, 2. Dani Karvaxal, 5. Rafael Varan, 4. Serxio Ramos, 12. Marselo, 14. Kazemiro, 16. Mateo Kovaçiç, 17. Lukas Vazgez, 22. İsko, 28. Marko Asensio, 21. Alvaro Morata

Ehtiyat oyunçular: 31. Yanyez, 6. Naço, 9. Benzema, 10. Xames Rodrigez, 19. Modriç, 23. Danilo, 27. Llorente

Baş məşqçi: Zinəddin Zidan

FC-Dnipro-Dnipropetrovsk-v-FC-Sevilla-UEFA-Europa-League-Final[1]

“Sevilya”: 1. Riko, 5. Tiomoti Kolocecak, 6. Daniel Karriço, 8. Visente İborra, 14. Hiroşi Kiyotake, 20. Vitolo, 22. Franko Vazgez, 9. Lusiano Vietto, 21. Nikolas Parexa, 25. Mariano Ferreyra, 15. Stiven Nzonzi

Ehtiyat oyunçular: 13. Soria, 4. Kranevitter, 10. Konoplyanka, 12. Ben Yedder, 17. Sarabia, 18. Eskudero, 23. Rami

Baş məşqçi: Xorxe Sampaoli