Oxu zalıSənət

Ramiz Rövşən şeirləri və haqqında

3.81Kviews

Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ) — şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir.

Ramiz Rövşən seçmə şeirləri:

[vc_row][vc_column width=”1/2″]Yağış yuyur,gün qurudur
Bu yerləri bu göyləri
Yağış yuyur ,gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur ,gün qurudur.

Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur ,gün qurudur.

Gələn nədi ,gedən nədi?
Bələk nədi,kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur ,gün qurudur.

…Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur ,gün qurudur…[/vc_column]

[vc_column width=”1/2″]Gedəcək
Çətin biz ölüncədi,
Gedəcək, hamı gedəcək.
Biz dünyadan gedən təki
Dünyanın qanı gedəcək.

Solacaq bağçası-bağı,
Quruyacaq son budağı,
Dənizin suyu-balığı,
Sahilin qumu gedəcək.

Birtəhər. pismi, yaxşımı,
Yola salıb son axşamı,
Söndürüb sonuncu şamı
Ən son adamı gedəcək…[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Darıxır
Bu nə təhər darıxmaqdı,
Axı belə kim darıxır?!
Cibimdə əlim darıxır,
Ağzımda dilim darıxır.

Darıxır qabım-qaşığım,
Darıxır yorğan-döşəyim.
Evdə qalsam, evim-eşiyim.
Yol getsəm, yolum darıxır.

Yoluma qızlar çıxsalar,
Gülüb üzümə baxsalar,
Yaxama bir gül taxsalar,
Yaxamda gülüm darıxır.

Hara atım bu kədəri?
Yox hesabı, yox qədəri,
Görünür məndən ötəri
Hardasa ölüm darıxır.[/vc_column]

[vc_column width=”1/2″]Gedək biz olmayan yerə

Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.

Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək biz olmayan yerə.

Bir kimsə tutmasın xəbər
Gəl çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.

Atam oğlu az çapala,
Sən deyən çətin tapılar,
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?![/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Dərd
Göz yaşları süzüldükcə
Adamın quru üzünə,
İçimizdə batan dərdlər
Bir-bir çıxır su üzünə.

Qazancımız bitdi bizim,
Bu dünyanın dərdi bizim,
Çevrilərik dərdimizin
O üzündən bu üzünə.

Milyon-milyon qəbir varsa,
Bir qəbirsiz şair varsa…
Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə!..[/vc_column]

[vc_column width=”1/2″]Bağışla
Bir ötən sevgini unuda bilsəm,
Könlümü sevginlə ovuda bilsəm,
Bir axşam yanına, qayıda bilsəm
Bağışla, bağışla, məni bağışla…

Bağışla qapını döyə bilmirəm,
Bağışla sevirəm, deyə bilmirəm.
Özüm də bilmirəm, ah niyə bilmirəm,
Bağışla, bağışla, məni bağışla…

Bir sönən ocağın külünə yanma
Ömrümün ayına, ilinə yanma
Desəm ki sevmirəm gəl mənə inanma ,
Bağışla, bağışla, məni bağışla…
Bağışla məni…[/vc_column][/vc_row]

[vc_row][vc_column width=”1/2″]Yavaş-yavaş sevdim səni
Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…[/vc_column]

[vc_column width=”1/2″]Vətən
Səni sevmək çətindir, Vətən
Nə gündəsən ki,
Təpədən dırnağacan…
günah içindəsən ki.

Bilirsən səni sevmək
bu saat nəyə bənzər?
Zorlanmış bir qızı sevməyə bənzər.

O sevgidən için-için
gizlicə yanar adam.
Amma açıb deməyə
qorxar, utanar adam.

Bu nə haldır düşmüsən,
bu necə gündür, Vətən?
Adam səni sevməyə indi utanır, Vətən.

Üstündə neft ləkəsi
kim yuyacag bu ləkəni,
Milyonçular ölkəsi, dilənçilər vətəni.
Neftlə getdi bərəkətin,
bərəkət qaçdı səndən.

Neftlə getdi bəkarətin,
borular keçdi səndən.
Qarış-qarış qazılsan da
sevin hələki sağsan,
Hələ neftin qurtaranda
ağ günə çıxacaqsan.[/vc_column][/vc_row]