Futbol

Ramil Şeydayev’in yeni klubu məlum oldu

Ramil Şeydayev
730views

Futbol üzrə milli komandamızın hücumçusu Ramil Şeydayev Slovakiyanın “Jilina” klubunun şərəfini qoruyacaq.

Bu barədə Trabzon mətbuatı məlumat yayıb. Şeydayev “Jilina”da icarə əsasında çıxış edəcək. Onunla bağlanılan müqavilənin müddəti isə 1,5 illikdir.
“Jilina” futbol azarkeşlərimizə yad komanda deyil. Bu komanda 2005-ci ildə UEFA kuboku çərçivəsində “Bakı” klubu ilə qarşılaşıb.