Dünya

Rəsmi Tokyodan Kubaya ilk tarixi səfər

811views

Yaponiyanın Baş Naziri Sindzo Abe bu ölkənin Kubaya səfər edəcək ilk lideri olacaq. Bu haqda xəbəri ölkənin baş katibi Yosihida Suqa “The South Chine Morning Post” qəzetinə bildirib.

Yosihidanın sözlərinə görə, səfər çərçivəsində Abe Kuba lideri Raul Kastro ilə ikitərəfli münasibətlərin dərinləşdirilməsi yönündə müzakirələr aparacaq. Həmçinin hökumət Kubada Yapon şirkətlərinin sayını artırmaq qərarına gəlib.

Qeyd edək ki, Kuba ilə ABŞ arasında münasibətlərin rəsmi şəkildə normallaşdırılması 2014-cü il 17 Dekabr tarixində elan olunmuşdur. 2015-ci il iyulun 20-də də həm Havana da,həm də Vaşinqtonda hər iki ölkənin səfirlikləri açıldı.

2016-cı ilin martında 88 ildən sonra ilk dəfə olaraq ABŞ prezidenti Kubaya səfər edib. Obamadan əvvəl isə son dəfə Kubaya 1928-ci ildə ABŞ-ın 30-cu prezidenti Kelvin Kulidj səfər edib.

Elnur Cəfərov
idman xəbərləri yazarı