Sağlamlıq

Rəng koru (daltonizm) olan insanlar dünyanı necə görür?

1.58Kviews

Rəng koru olan insanlar dünyanı necə görür?

Daltonizm — göz xəstəliyidir. Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxud da heç olmamasıdır. İrsən keçən xəstəlikdir. Adına baxmayaraq, rəng korluğu əslində insanların dünyanı qara ağ gördüyü mənasına gəlmir. Əslinə baxanda rəng koru olan insanların 99%-dən çoxu rəngləri görür. Bu səbəblə “rəng görmə çatışmazlığı” termini bu hadisə üçün daha doğru olaraq qəbul edilir.

Aparılan araşdırmalara görə, qadınların 0.5%i (200-də 1-i), kişilərin 8%i (12-də 1-i) bəzi “rəng görmə çatışmazlığı”ndan əziyyət çəkir.

Ümumiyyətlə isə:
Deuteranomalia: Hər şeyi bir qədər solmuş kimi göstərir
Protanopia: Hər şey bir az yaşıl kimi görünür
Tritanopia: Yaşılımtıl və çəhrayı tonlar daha aktiv görünür.

1. Rəng koru olmayan bir insan bu şəkildəki rəngləri aydın şəkildə ayıra bilir.

Normal rəng görüntüsü
2. Deuteranomalia
Rəng korluğunun ən geniş yayılmış növü Deuteranomaliadır. Kişilərin təxminən 4.63%ü, qadınların isə 0.36%sı bu cür görmə çatışmazlığını yaşayır. Deuteranomaliaya malik insanlar, xüsusilə yaşıl və qırmızı kimi rənglərdə daha açıq bir rəng görürlər.

Deuteranomalia
Deuteranomalia

3. Protanopia
Biri Protanopiaya malik olduqda, yaşıl və qırmızı tonların hamısı solğun görünər. Kişilərin təxminən 1%i bu cür rəng korluğu yaşayır.

Protanopia
Protanopia

4. Tritanopia
Tritanopiası olan insanlar rəngləri yaşıltəhər / çəhrayı bir tonla görürlər.

Tritanopia
Tritanopia

5. Bütün rəng görmə çatışmazlığı olanların görmə şəkilləri

Bütün rəng görmə çatışmazlığı olanların görmə şəkilləri