Təbiət

Quşlar haqqında məlumat

8.83Kviews

Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir.

Yer kürəsində 9800-dən artıq növü yaşayır. Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur.
Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar. Bəzi quşlarda bir ədəd büzdüm vəzisi olur. Onlarda çənələr dimdiyə çevrilmiş və dişlər reduksiyaya uğramışdır. Ön ətrafları qanadlara çevrilmişdir. Borulu sümüklərin içərisi hava ilə dolmuş və yüngülləşmişdir. Quşlarda dişlər və sidik kisəsi yoxdur.

Quşlar haqqında

Quşlar haqqında maraqlı məlumatlar:

  • Ən qədim quş 150 milyon il bundan əvvəl yaşamış Arxeopteriks hesab edilir. Onun ölçüləri qarğanın ölçülərinə yaxın olmuşdur, lələkləri və qanadları olmuşdur.
  • Bir toyuq yumurtasında 9 sarının olması indiyə qədər bircə dəfə müşahidə olunmuşdur.
  • Dəvəquşunun yumurtasının tam bişməsi üçün onu 2 saat qaynatmaq lazımdır.
  • Kral Albatross yumurtalarının ştrixlənməsi 79 gün çəkir.
  • Dünyada ən kiçik yumurta Kalibra quşuna, ən böyük yumurta isə Dəvəquşuna məxsusdur.
  • İndi nəsli kəsilmiş Madaqaskar fil quşu 27 funt ağırlığında yumurta qoyurmuş.
  • Bir görüşə görə quş sürülərinin V şəklində uçmalarının məqsədi enerji qənaətidir. Bu uçuş şəkli ilə əvvəlcə ən öndəki quş, bir arxadakı quşa gələcək küləyi və hava müqavimətini maneələri az olar və daha az enerji sərf etməsini təmin edər. İkinci bir görüşə görə isə, quşların gözləri başlarının yanındadır, bu səbəbdən tam önlərini görə bilməzlər. Bu uçuş şəkli ilə sürünün fərdlərinin bir-birini görərək, itmədən bir yerdə qalması təmin edilər. Bu görüşə qarşı olanlar isə quşların gecələr də uçduqlarını, bu səbəblə öndəki quşu görmənin əhəmiyyətli olmadığını, onsuz da sürünü quşların qışqırışmalarının bir yerdə tutduğunu irəli sürürlər.
  • Kolibrilər hər 10 dəqiqədə bir yeyirlər. Hər gün onlar şəxsi çəkisindən iki dəfə daha çox nektar yeyirlər. Kolibrilər geriyə uçmağı bacaran tək quş növüdür.

Quşlar haqqında

Quşların bədəni baş, boyun, gövdə və ətraflara bölünmüşdür. Başda buynuz maddəsindən təşkil olunmuş üst və alt dimdik vardır. Quşlarda boyun hissənin daha hərəkətli olması ona ətrafı yaxşı görməyə və bədəninin istənilən hissəsində lələklərini təmizləməsinə imkan verir. Arxa ətraflarında üzəri pulcuqlarla örtülü olan pəncə lüləsi və əksəriyyətində caynaqlara malik 4 barmaq vardır.

Lələklərlə örtülmüş dərisi quru və vəzisizdir. Yeganə vəzisi büzdüm sümüyü üzərində yerləşən büzdüm (piy) vəzisidir. Quş dimdiyi ilə bu vəzini sıxır və yağlı mayeni lələklərinə sürtür, nəticədə onlar yumşaq və sukeçirməyən olur.
Bədən xaricdən kontur (biçim)lələkləri ilə örtülmüşdür. Kontur lələklərinin 3 növü-çalma, sükan və örtük lələkləri olur.

Quşlar haqqında