Futbol

“Qızıl Topu yalnız Messi ala bilər”

17views

Barcelonanın Brazilyalı futbolçusu Neymar, ‘Qızıl Top’ mükafatını ala biləcək tək futbolçunun komanda yoldaşı Messi olduğunu bildirib.

İspaniya 1-ci Liqasının (La Liga) internet səhifəsində yayımlanan müsahibədə Messinin ünvanına təriflər söyləyən Neymar, “Futbolu ‘Qızıl Top’ alaram deyə deyil, sevdiyim və xoşbəxt olduğum üçün oynayıram. Əlbətdə ki mən də bu mükafatı qazanmaq istəyərəm ancaq bunun üçün özümü parçalamaram. Bu mükafat əziyyətin və meydançada göstərdiyiniz performansın qarşılığıdır. Sadəcə bir insan hal hazırda bu mükafatı ala bilər, o da Messidir” deyə söyləyib.

Barcelonada xoşbəxt olduğunu vurğulayan 24 yaşındakı futbolçu, “Burada özümü çox yaxşı hiss edirəm. Sanki öz evimdəyəm. Komanda yoldaşlarım və məşqçim istədiyim oyunu oynamağım üçün mənə bütün imkanları yaradıblar. Sevdiyim iki ən yaxşı futbolçu, Messi və Suarezlə birlikdə oynamaq mənim üçün qürurdur. Sadəcə komanda yoldaşı deyil, eyni zamanda dostuq. Bir-birimizi yaxşı tanıyırıq və birlikdə daha güclü performanslar sərgiləyə bilərik. Uzun illər Barcelonada oynamaq istəyirəm” deyə ifadəsində bildirib.

Bu mövsüm Barcelonada 18 matça çıxan Neymar, 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.