Kino

“Qızıl qlobus” mükafatına nominantlar açıqlandı

186views

Nominasiyalar üzrə lider 7 kateqoriyada irəli sürülən, baş rolları Rayan Qoslinq və Emma Stounun ifa etdiyi Demyen Şazellin “La-La Lend” myuziklıdır. Onun ardınca “Ay işığı” (6 nominasiya) və “Dəniz sahilindəki Mançester” (5 nominasiya) gəlir.

Televiziya seqmentində “Amerika cinayət hekayələri” 5 nominasiyada irəli sürülüb. “Florens Foster Cenkins” və “Aslan” filmlərinin hərəsinin 4 nominasiyası var. Gözlənilməz nominantlar arasında “Dedpul” (2 nominasiya) və “Silahlı oğlanlar” (1 nominasiya) var.

74-cü “Qızıl qlobus” mükafatlandırma mərasimi 8 yanvar 2017-ci ildə Los-Ancelesdəki “Beverly Hilton” otelində baş tutacaq. Tədbirin aparıcısı tanınmış komik və teleaparıcı Cimmi Fellon olacaq.