Avtomobil

Qışın dondurucu soyuğundan avtomobilinizi necə qorumalısınız?

220views

Maşınların, qışda donma problemi ölkəmiz üçün də böyük bir problemdir.

Aşağıda qeyd etdiyimiz üsullarla, donma problemindən maşınınızı azad edəcək və ya donmuş vasitələrin buzunu təmizləyə biləcəksiniz.
Maşınların qapıları adətən donur, çünki qar və su boşluqlardan içəri sıza bilir. Bu səbəblə şüşələrin kənarında və qapıların yan hissələrində bir boşluq olub olmadığına mütləq nəzarət edin. Qapıdakı qaz sızmasına qarşı istifadə olunan maddəniz sıradan çıxmışsa mütləq dəyişdirin. Əgər yalnız çirkli isə yaxşıca bir təmizləmək yetərlidir. Boşluq olan yerlərdə xüsusilə kir buraxmamaq lazımdır.

Maşınınızı nə iləsə örtmək və qarajda saxlamaq, donmaya qarşı alına ən yaxşı tədbirdir. Bu mümkün deyilsə, silikon yağlayıcı laklar ilə qapı qaz sızmasına qarşı istifadə olunan maddənizi təmizləyə bilərsiniz. Bu, yaşlanmaqdan qoruyan bir üsuldur. Lakları, avtomobil ehtiyyat satılan marketlərində tapmaq mümkündür.

Əgər avtomobiliniz donmuş isə və əlinizdə sprey də yoxdursa, saf spirt və su ilə 3-də ikisi alkoqol olmaq üzrə bir qarışıq hazırlayın. Bunu bir şüşə təmizləyicisi qutusuna tökərək, donan qisimlərə vurun. Əgər vasitə hələ də açılmırsa, saç qurutma feni ilə buzlu bölgələrə tutaraq əridə də bilərsiniz. Bütün bu işləri mərhələ-mərhələ etməlisiniz. Lakin nəticə almaqla çətinlik çəkərsəniz çox da məcbur etməyin , çünki həm şüşələri həm də açarları qırma təhlükəniz vardır!