MaraqlıSəyahət

Qırmızı Qala (Hindistan) haqqında | Qalereya

Qırmızı Qala, Agra
1.52Kviews

Qırmızı Qala – Yeni Dehli şəhərinin şimal-şərqindəki bölgədə, Chandni Chowkun yaxınlığındadır.

Qırmızı Qala, ya da Lal Qilanın adı, divarlarını inşa etməsində istifadə edilən qırmızı qum daşından gəlir. Ancaq içəridəki saraylar və qəbul salonları qiymətli materiallardan düzəldilmişdir. Qala 1638 – 1648 illəri arasında Monqol İmperatoru Şah Jehanın zənginliyini təbrik etmək adına keçirildiyi üçün, inşasında mərmər, gümüş və qızıl kimi zinətlər müsrifçə istifadə edilmişdir.

Qırmızı Qala, Agra

Gözlənildiyi kimi, bu sərvətin böyük qismi illər içərisində itmiş və bəzi orijinal binalar dağıdılmışdır. Yenə də geridə qalanlar, Monqol İmperiyasının kulminasiya nöqtəsində olduğu zamanlar nə qədər güclü olduğuna dair ipucu verir.

Qırmızı Qala, Agra

Şah Jehan, xatirəsinə Tac Mahalı inşa etdirdiyi arvadının ölümündən sonra, imperiyanın paytaxtını Agra-dan Dehliyə, ya da başlı başına bir kral şəhəri olan Qırmızı Qalanı tikdirdiyi Shahjehanabad adlı yeni şəhərə köçürmək istədi. Monqol saraylarının standart faktorları, Diwan-i-am və Diwan-i-khas adlarını daşıyan iki qəbul salonu idi. İlkində, xalqla imperator bir araya gəlir, ikincisində isə xüsusi toplantılar keçirilirdi. Bu gün hər ikisi də Qırmızı Qalada görülə bilər. Diwan-i-am, sütun qaydası üzərində yüksələn və üç tərəfi həyətə açılan geniş bir salondur. Burada kütlələr görüşür və imperator xalqın arzularına qulaq asardı. Diwan-i-am və Diwan-i-khasta isə İmperator, məmurlar və xarici səfirlərlə görüşlər keçirərdi. Keçmişdə buranın özünə məxsus geniş həyəti, mərmər səkiləri və gümüşdən tavanı vardı.

Qırmızı Qala, Agra

Şah Jehan, Diwan-i-khasa inşası tam 7 il davam edən çəlləklər dolusu zinətlə bəzədilmiş xüsusi məşhur tovuzquşu taxtını çıxarmışdı. Taxt 1739-da İrana köçürülüb ancaq Diwan-i-khasdakı bir sənəddə, Şah Jehanın bur ilə bağlı fikirlərində belə sözlər yer almışdı: “Dünya üzərində bir cənnət varsa; O budur”.

Qırmızı Qala, Agra

Keçmişdə, Qırmızı Qalanın içində 6 kral sarayı (mahal) vardı. Mümtaz Mahal bu gün bir muzeydir. Digər bir sarayın adı, Rang Mahaldır (boyalı yer). Ancaq Rang Mahalın gümüş tavanı, eyni boya kimi uzun zaman əvvəl yox oldu. Khas Mahalda isə imperatora xüsusi üç otaq, yemək otağı, yatmaq və ibadət etmək üçün otaqlar yer alır.

Qırmızı Qala, Agra

Şah Jahenın oğlu və varisi Aurangzeb, qalanın içinə nəfs Moti Masjidi (İnci Məscidi) tikdirdi. Məscid ilə həyəti kiçik olsa da, geniş təəssürat yaradır. Ağ mərmərdən binanın içindəki qara mərmər mozaikalar çox təsirli bir mənzərə yaradır. Lahore Qapıdan qalaya gedən pasaj boyu düzülən mağazalar bu gün də görülə bilər. Kral hamamları da mühafizə edilmiş ancaq 1857-dəki Hind üsyanından sonra, Qalanın böyük hissəsi hərbi komandalara yer açmaq üçün dağıdılıb.

Qırmızı Qala, Agra

19-cu əsrin məşhur yazıçı və memarlarından Ceyms Fergusson dağıntını, “lazımsız bir vandalizm” – deyə səciyyələndirmişdi.