Futbol

Qarabağ və Qəbələ üçün təsnifat mərhələsində son sınaq

916views

Bu gün Avropa Liqasında play-off mərhələsinin cavab oyunları keçiriləcək. Təbii ki, bütün diqqətlərimiz Qarabağ və Qəbələyə yönələcək. Bakı vaxtı ilə saat 20:30-da start götürəcək Qarabağ-Goteborg qarşılaşmasını rusiyalı hakim Vladislav Bezborodov idarə edəcək. İsveçdə keçirilən ilk oyunda Goteborg Albaekin cərimə zərbəsindən vurduğu qol ilə 1-0 qalib gəlmişdir.İnanırıq ki, Qarabağ səfər məğlubiyyətinin əvəzini artıqlaması ilə çıxaraq ardıcıl 3cü ildə də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Digər təmsilçimiz Qəbələnin vəziyyəti isə nisbətən asandır. Bakıda Maribor klubuna 3:1 qalib gələn Qəbələ bu gün Sloveniyaya səfər edəcək. Görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.Oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim tanınmış Viktor Kassai olacaq.

Hər 2 klubumuza uğurlar arzulayırıq !

Elnur Cəfərov
idman xəbərləri yazarı