Dünya

Qambiya yeni Prezidenti vəzifə icrası üçün ölkəsinə geri qayıda bildi

Adama Barrou
144views

Qambiya Prezidenti Adama Barrou, seçkiləri itirməsinin ardından rəhbərliyi buraxmağı rədd edən Yəhya Jammehin ölkəni tərk etməsi və Fövqəladə vəziyyətin qaldırılmasının ardından ölkəsinə qayıtdı.

Ölkədə 1 dekabrda keçirilən seçkini qazanan ancaq keçmiş Dövlət Başçısı Yəhya Jammehin vəzifəni buraxmaq istəməməsi səbəbindən çıxan böhranda Seneqala gedən Barrou, axşam saatlarında ölkəsinə qayıdıb. Barrowu minlərlə adam qarşılayıb.

Seçki məğlubiyyətini ilk mərhələdə qəbul edən Jammeh daha sonra Qambiya Ali Məhkəməsinə etiraz edərək, hakimiyyəti təhvil vermək çağırışlarını rədd etmişdi.

Vəzifəsini Barrowa 19 yanvarda təhvil verməsi lazım olan keçmiş dövlət başçısı, ölkədə 17 yanvarda 90 günlük fövqəladə vəziyyət elan etmişdi.

Seneqal ordusunun da aralarında yer aldığı Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) hərbi gücü, 19 yanvarda axşam saatlarında Qambiya torpaqlarına girmiş, Barrou da həmin gün Qambiyanın Dakar Səfirliyində ECOWAS ölkə nümayəndələrinin də iştirak etdiyi mərasimlə prezident andını etmişdi.

Jammeh, keçən həftə sonu hakimiyyəti buraxmağa razı olmuş və ailəsiylə Qambiyadan ayrılmışdı. Qədim Qambiya Prezidenti Yəhya Jammehin elan etdiyi fövqəladə vəziyyət də dünən qüvvədən qaldırıldı. Parlament, Jammehin vəzifə müddətinin üç ay daha uzadılmasına qarşı qərarını da ləğv etdi.