Psixoloji məlumatlar

Qadın İsterikası

290views

İsterik (İsterionik) şəxsiyyət tipi olan insanlar görünüşlərinə əhəmiyyət verən, rəngli, ətrafdakı insanlarda yaxşı təəssürat yaratmağa, müsbət fikirlər formalaşdırmağa çalışan, daim diqqət mərkəzində olmağı sevən və bunun üçün çalışan insanlardır . Onlar adi, gündəlik, normal həyat yaşadıqları zaman sıxılırlar. Bu tip əlamətlərə əsasən qadınlarda daha çox rast gəlinir.

“Qadın İsterikası” anlayışına müasir psixologiyada daha çox rast gəlinir ki, bu İsterik tipli şəxsiyyət pozuntusundan fərqləndirilir.

İsterik sözü Yunan dilindəki “Husteros” sözündən götürülmüşdür, “Qadın uşaqlığı”, “Qadın rəhmi” deməkdir. Qədim Yunanlar qadınların aşırı səs-küyünü, tez-tez tutan qısqanclıqlarını, bir məqsəd olmadan adi günlərdə belə aşırı bəzənib-düzənməklərini, tez-tez huşunu itirərək yıxılmaqlarını uşaqlığın (rəhmin) daxili hərəkətliliyi ilə əlaqələndirirdilər. XIX əsrə qədər qadınların bu cür davranışlar “Uşaqlıq Çılğınlığı” adlandırılırdı. 1980-ci ildən sonra isə bu tip davranışlar İsterik tipli şəxsiyyət pozuntusunun əlamətləri hesab edildi. Müasir dövrdə isə “Pop Psychology”-də qadınların bu tip davranışları “Qadın İsterikası” olaraq adlandırılmağa başladı.

Bəs “Qadın İsterikası” nədir? Qadınların nə zaman adi, nə zaman isə İsterik tipli davranışlar etdiyini necə anlamaq olar?

Yaqin, çoxlarımıza bu səhnə tanışdır ki, bəzi dəvət və ya məclislərdə danışılan hər-hansısa məzəli bir əhvalata və ya edilmiş çox kiçik və bəsit zarafata , bəzi qadınlar gözlənilməz şəkildə yüksək səslə qəh-qəhə çəkərək gülür və aşırı reaksiya verir. Bu anda bir çox insan öz-özlüyündə bu qadının kiçik bir şeyə niyə belə böyük reaksiya verdiyini düşünür və bir neçə dəqiqə içərisində maraqlı bir şəkildə bütün diqqət həmən qadının üzərinə yönəlir. Əslində isə burada təəccüblənməli heç bir şey yoxdur. Qadın yüksək səslə qəh-qəhə çəkərək edilmiş zarafata və ya danışılan məzəli əhvalata gülmür, o bunu etməklə sadəcə məclisdə olanların diqqətini öz üzərinə çəkir. Bu davranış isə “Qadın İsterikası”-nın çox kiçik texnikalarından biridir.

Gündəlik həyatımızda tez-tez Kişilər “Qadın isterikası”-na aldanır və onun qurbanına çevrilir. Bəs bu kimi hallar necə baş verir?

marilyn monroeHeç təsadüfi deyil ki, bir çox canlılarda olduğu kimi, insanlarda da erkəklər dişilər tərəfindən verilmiş cinsəlik çağırışdıran işarələrə və ya qadının bədənində olan erogen hissələrdən istifadə edərək verdiyi jestlərə reaksiya göstərirlər. Lakin, heç də bu tip işarə və jestlər hər zaman cinsəllik üçün verilmir. Belə ki, İsterik tipli qadınlar bu davranışlardan sadəcə diqqət çəkmək üçün istifadə edirlər. Qarşı cins isə bu jest və ya işarəyə reaksiya verərək həmən qadına yaxınlaşdığı zaman qadın elə aparır və qarşı cinsi özündən elə uzaqlaşdırır ki, heç elə bil bütün bu şeylərin hamısını eləyən o deyilmiş. Doğrudan da İsterik tipli qadınlar bu tip jest və ya işarələri edərkən məqsədləri cinsəllik yox sadəcə diqqət çəkməkdir.

Ümumiyyətlə İsterik tipli qadınlar münasibət, xüsusi ilə də intim münasibətləri sevmirlər. Onlar düşünürlər ki, bu zaman onlar artıq fəth olunmuş və orjinallıqlarını itirmiş olacaqlar. “Qadın İsterikası”-nın məqsədi sadəcə bütün diqqəti öz üzərinə toplamaqdır. Qadınlarda İsterik tipli davranışlar əsasən insnların çoxluq təşkil etdiyi yerlərdə və ya ətraflarında həmcinsləri çox olduğu zaman baş verir.

Günümüzdə bəzi qadınlar aşırı makiyajdan, açıq-saçıq və ya bədən formasını bəlli edən dar geyimlərdən istifadə edir. Bu isə yaşadığımız cəmiyyət tərəfindən çox şiddətlə qınanır. Əhalidə olan kütlə psixologiyasına görə isə, bu tip şeylərdən istifadə edib şəhərin küçələrində, parklarda gəzişən və ya məclislərə bu cürə qatılan insanlar bir qədər pozğun və ya tərbiyəsiz kimi adlandırılır. Lakin, reallıqda bu tip qadınların heç də hamısı bunu cinsəl baxımdan diqqət çəkmək üçün etmir. İsterik tipli qadınlar aşırı makiyajdan və digərlərinə nisbətdə daha açıq-saçıq, dar olan geyimlərdən öz həmcinslərindən daha çox seçilmək və daha çox diqqət çəkmək üçündür istifadə edirlər. Bu sadəcə “Qadın İsterikası”-nın bir parçasıdır. Şüuraltı olaraq isterik tipli qadınlar bədənin erogen zonalarının müəyyən qədərini nümayiş etdirməyin daha çox diqqət çəkdiyini bilir və bundan çox möhtəşəm şəkildə istifadə edərək demək olarki etraflarındakı bütün insanların diqqətlərini öz üzərlərinə çəkirlər.

large