Dünya

Qaçqınlara təpik atan video operatora 3 il həbs cəzası

Qaçqınlara təpik atan video operatora 3 il həbs cəzası
229views

Keçən il Macarıstanın Röszke şəhərində polis səddindən qaçmağa çalışan qaçqınlardan birinə badalaq atarakən görüntülənən video operator Petra Laszlo, 3 il həbs cəzasına məhkum edilib.

Szeged Region Məhkəməsi operatoru, “vurmaq və yaralamaq” səbəbindən günahkar bilib, ancaq cəza təxirə salınıb.

Xatırladaq ki, Petra Laszlo qucağında kiçik bir uşaq daşıyan kişiyə qaçarkən təpik atmış və nəticədə yaşlı kişi uşaqla bərabər yerə yıxılmışdı. İnternetdə sözü gedən video görüntülərin yayılmasının ardından  isə video operatora dünyanın hər yerindən ‘Qəlbsiz və İrqçi’ deyə etirazlar gəlməyə başlamışdı.

İşlədiyi N1 televiziyasından da qovulan Laszlo, ona qarşı olan etirazların böyüməsinin ardından ailəsi və uşaqlarının həyatının təhlükədə olduğunu söyləyib yoxa çıxmışdı.