MünasibətlərPsixoloji yanaşmaTəhsil

Qəbul imtahanları öncəsi ‘imtahan həyəcanı’ ilə mübarizə aparmağın yolları

İmtahan heyecani haqqinda 2017
346views

Gənclərin həyatında ən əhəmiyyətli dönüş nöqtələrindən biri sayılan universitetlərə qəbul imtahanı öncəsi, həyəcanın müəyyən bir həddə olması motivasiya gətirdiyi halda, həddindən artıq çox olması müvəffəqiyyətsizliyə səbəb ola bilər.

Qəbul imtahanları öncəsi performansı azaldan yüksək həyəcan səviyyəsi ilə mübarizə aparmaq üçün bəzi tədbirlərin görülməsi vacibdir.

Gələcəyi düşünmək ciddi bir porblemə çevrilməməlidir

İmtahanların gələcəklə bağlı əsas göstərici olduğunu davamlı olaraq düşünmək gənclərdə müəyyən təzyiqlərə səbəb olur. Və bu təzyiqlər səbəbindən bir çox gənc imtahan zamanı mənfi təsirlərə məruz qalır. Nəticədə isə performans əksikliyi yaşanır. Ancaq müəyyən həddə həyəcan və imtahana daha dürüst yanaşma bu problemin qarşısını ala bilər.

Həyəcanı minimum səviyyədə saxlamaq, düşüncələrinizə daha düzgün hakim olmaqda və narahatlığı tamamilə itirməkdə sizə kömək ola bilər. Bu şəkildə özünüzə daha düzgün nəzarət edərək uğurlu nəticə əldə edə bilərsiniz.

 

İmtahandan öncə və imtahan əsnasında bu məqamlara diqqət

1. İmtahana yaxşı hazırlaşdığınızı düşünün və bunu ən yaxşı şəkildə edə biləcəyinizə inanın. Mövzuların nə qədərini bildiyinizi xatırlayın.

2. İmtahan əsnasında narahatlığa səbəb ola biləcək mənfi düşüncələrdən uzaq durun. Məsələn, ‘yaza bilməsəm batdım’ düşüncəsi daha çox narahatlığa səbəb olmaqdadır.

3. Cəsarət son dərəcə əhəmiyyətlidir. İmtahanda müsbət düşünərək, cəsarət verici fikirlər içərisində olmaq narahatlığı azaldacaq. Məsələn, ‘bu işi də bacaracağam’ düşüncəsi sizi daha da həvəsləndirəcək.

4. İmtahanın olacağı yerə əvvəlcədən getmək və oradakı ab-havaya alışmaq sizi daha da rahatladacaq.

5. Məcburi deyilsə imtahandan əvvəl yoldaşlarla imtahan haqqında danışmaq və mövzu təkrarı edilməməlidir. Son anda edilən təkrarlar zehni qarışıqlığa səbəb ola bilər.

6. İmtahandan bir gün əvvəl sevdiklərinizlə və sevdiyiniz yerlərdə vaxt keçirmək həyəcan səviyyəsini azaldacaq.

7. İmtahan günü imtahanın keçiriləcəyi otağa erkən getmək rahatlamağa kömək olacaq.

8. İmtahan əsnasında müəyyən bir səviyyədə gərginlik yaşanması normaldır. Əgər gərginlik səviyyəsi həyəcana səbəb olursa biraz istirahət yaxşı olar.

9. İmtahan əsnasında sualları cavablandırarkən ətrafdakı şagirdlərə qətiyyən baxmamalısınız. Digər şagirdlərin sürətli ya da yavaş olduqlarını görmək həyəcanı artıra bilər.

10. İmtahandan öncə sadə nəfəs alma və boşalma məşqləri ilə mütəxəssislərin qidalanma və yuxu nizamı haqqındakı təkliflərinə əməl olunmalıdır.

Əziz Abituriyentlər, sadaladığımız bu təkliflər sizə kömək edəcəkdir ancaq bilməlisiniz ki, imtahanın nəticələri sizin haqqınızda tam göstərici deyildir. Hər birinizə uğurlar.