Azərbaycan Premyer LiqasıXəbərlər

“Qəbələ” qrup mərhələsi üçün heyəti açıqladı

251views

“Qəbələ” Avropa Liqasının qrup mərhələsi üçün sifariş vərəqini UEFA-ya göndərib.

Beynəlxalq təşkilata göndərilən A vərəqində 21 futbolçu göstərilib. “Qəbələ”nin son transferlərindən Ruslan Qurbanov 10, Petar Franyiç isə 30 nömrəli formanı seçiblər.

B vərəqində isə 9 futbolçu qeyd olunub.

Xatırladaq ki, “Qəbələ” qrupda ilk oyunu sentyabrın 15-də səfərdə “Anderlext”lə qarşı keçirəcək.

A vərəqi

Qapıçılar: 22. Dmitri Bezotosnı, 33. David Pietrzkieviç, 35. Murad Popov

Müdafiəçilər: 3. Vojislav Stankoviç, 13. Murad Musayev, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 20. Rikardinyo, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Yarımmüdafiəçilər: 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 30. Petar Franyiç, 32. Rəşad Eyyubov

Hücumçular: 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 18. Baqali Dabo

B vərəqi

Qapıçı: 36. Süleyman Süleymanov

Müdafiəçi: 39. Sadiq Quliyev

Yarımmüdafiəçilər: 8. Qismət Alıyev, 21. Roman Hüseynov, 29. Hacıağa Hacıyev, 88. Tellur Mütəllimov

Hücumçular: 70. Fərid Nəbiyev, 77. Ehtiram Şahverdiyev, 90. Ramil Hasanov

Elnur Cəfərov
idman xəbərləri yazarı