Məşhurlar

Putinlə “evləndilər” iddiası..

алина кабаева 2017
200views

Rusiya Dövlət Prezidenti Vladimir Putinlə əlaqəsi olduğu bilinən köhnə milli gimnastikaçı Alina Kabayeva’nın barmağındakı üzüklə görüntülənməsi “evləndilər” iddialarını ortaya çıxardıb.

Rusiya mətbuatı keçmişdə üzüyünü jurnalistlərdən gizlətməyə çalışdığı iddia edilən Alina Kabayeva’nın bu dəfə belə bir yanaşmadan uzaqlaşdığını yazıb.

Odur ki, komeralara tuş gələn üzük, 33 yaşındakı Kabayeva ilə 64 yaşındakı Putinin evləndiyi fikirlərini bir az da gücləndirib.

Cütlüyün keçən il evləndiyi iddia edilir. Hətta uşaqlarının belə olduğu xəbərləri yayılıb.

Qeyd edək ki, Rusiya Dövlət Prezidenti Vladimir Putinin 2014-cü ildə 31 illik həyat yoldaşı Lyudmila Putindən ayrılmasına da Kabayeva’nın səbəb olduğu irəli sürülmüşdü.