Psixoloji məlumatlar

Psixoterapiya haqqında bildiyiniz 7 yanlış fikir

478views

Bəziləri psixoloqa üz tutanları – psix adlandırır, digərləri isə psixoterapiyanı mənasız vaxt itkisi hesab edir.

Bu yazıda psixoterapiya haqqında çox yanıldığınızı öyrənəcəksiniz.

1.“Psixoterapevtə yanlız “psixlər” müraciət edir”.

Psixoterapiya haqda ən yanlış fikir – psixoloqa müraciət edənlərin “psix” olması fikridir. Nəzərinizə çatdıraq ki, psixiki pozğunluq yaşayan insanlarla – psixiatr məşğul olur. Psixoterapevtə isə şəxsi problemlərini həll etməyə çalışan isanlar müraciət edir.

Amerika psixologiya assosiyasının nümayəndəsi Lynn Bufka depressiya, halsızlıq hiss edən və şəxsi problemlərində həll yolu tapa bilməyən hər bir kəsə psixoterapevtə müraciət eləməyi məsləhət görür.

2.“Psixoterapiya – zəif insanlar üçündür. Mən özüm öz problemlərimi həll edə bilərəm”.

Bir insanda şiş aşkarlandığı zaman, o, əməliyyat üçün cərraha müraciət edir. Bəs ruhumuzda bir problem aşkarlanarsa niyə bu problemin həllini professionala həvalə etmirik? Özümüz adətə bu problemi daha böyük probleme çevirirməklə yanaşı, heç problemin nədə olduğun belə anlamırıq. Oxuduğunuz psixoloji ədəbiyyat, qəbul etdiyiniz sakitləşdiricilər – sizə doğru yol kimi görünə bilər, lakin probleminizin həlli deyil.

3.”Mənim psixoloqum – dostumdur”.

İlk olaraq bilməlisiniz ki, dostunuz heç bir zaman psixoterapevtiniz ola bilməz. Çünki ən müdrik dostunuzun nə psixologiya təhsili var, nə də bu sahədə təcrübəsi. Bundan əlavə, dostunuzla şəxsi münasibətləriniz vəziyyətə obyektiv baxmağa imkan vermir. Məhs elə bu səbəbdən professional psixoloqlar və psixoterapevtlər yaxın dostları və qohumları ilə çalışmırlar.

Psixoterapevtin dosta çevrilməsi fikri də yanlışdır. Psixoterapevt və müraciət etmiş şəxs arasında xüsusi əlaqə zamanı hər iki tərəfin də diqqəti yalnız müraciət etmiş şəxsin probleminə köklənir.

ps3

4.”İdmanla məşğul olmaq psixoterapiyanı əvəz edir”.

İdmanla məşğul olmaq antidepressantları əvəz etsə də, psixoloji problemlərimizi həll etmir.

Lakin idman psixoterapiya ilə birlikdə yaxşı nəticə verə bilər. Məsələn, amerikalı psixoterapevt və tennisçi Felix Treitler insanların problemlərini həll etmək məqsədi ilə onlarla idman terapiyası keçirdir.

5.”Psixoterapiya çox vaxt tələb edir”

Adətən psixoterapiya sərf olunan vaxt məhs müraciət etmiş şəxsin özündə asılıdır. Ümumiyyətlə terapiyanın yaxşı nəticə verməsi, çox tez nəticə verməsi də həmin şəxsin özündən asılıdır. Yəni psixoterapiya zamanı şəxsin özü də çalışmalıdır.

6.”Psixoloqlara yalnız pul lazımdır”

Rayan Haues haqlı olaraq qeyd edir: pul qazanmağın ən asan yolu biznes ilə məşğul olmaqdır, başqalarının problemlərini dinləyib həlli yolunu dinləmək yox.
Bu demək deyil ki, psixoloqların pula ehtiyacı yoxdur. Lakin psixoloq üçün əsas meyar – gördüyü işdən məmnuniyyət duymaq, öz işində razı qalmaqdır.

7.”Psixoterapiyanın mənə heç bir köməyi olmadı. Deməli psixoloqa müraciət etməyin mənası yoxdur”.

Psixoterapiyanın təsiri olamamasının bir neçə səbəbi ola bilər. Məsələn, 1-2 seansa “möcüzəvi” nəticə gözləyən insanlar böyük məyusluq hissi keçirirlər. Bundan əlavə, adətən problemi insanlar psixoloqu həyatın mənasını anlayan, xoşbəxtliyin sirrini bilən “sehrbaz” kimi təsəvvür edirlər. Lakin bilməlisiniz ki, psixoloq sizi özünüzü daha yaxşı tanımaqda, anlamaqda yardımçı olur. Xoşbəxtliyin sirrini isə siz özünüz tapmalısınız.