Psixoloji məlumatlarPsixoloji yanaşma

Psixoloji möhkəmliyin sirri nədədir?

255views

Çoxları hesab edir ki, xarakteri “bərkitmək” üçün həyatın çətinliklərindən keçmək lazımdır.
Lakin, psixoloqlar bu məsələyə tam əks tərəfdən yanaşırlar.


  • Bəzi insanların psixoloji möhkəmliyi və dözümlüyü bizi təəccübləndirir: axı bu insanları həyatın bütün çətinliklərinə qarşı dik durmağa vadar edən nədir?
  • Bu sualın cavabı gün kimi aydındır – uğrunda vuruşacaq hədəflərin olması.

mohk2

Amerikalı sosioloq, yazıçı və jurnalist David Brooks hesab edir ki, gənclərin üzləşdiyi çətinliklər qarşısında yaşadığı uğursuzluqların tək səbəbi – hədəflərin olmamasıdır.

Psixoloqların fikrincə sizi “komfort zonası”ndan çıxaracaq, tənbəlliyinizə və halsızlığınıza müqavimət göstərməyə vadar edəcək iki şey var – sevmək və yeni başlanğıclar üçün ilhamlanmaq.

Daxili möhkəmliklə bizi heyran edən insan heç də “çətin” xasiyyətli biri deyil. O, öz işinə, hədəflərinə, sevdiklərinə sadiqdir. Bu sadiqlik onu hər ağrının, xəyanətin, uğursuzluğun öhdəsindən gəlməyə güc verir, ilhamlandırır.

D.Brooks

mohk3

Psixoloji möhkəmliyin uğursuzluq qorxusu ilə heç bir əlaqəsi yoxdur.

Müsbət psixologiya sahəsində ekspert Christine Carter hesab edir ki, özümüzü “möhkəm” insana çevirmək istəyərkən çox böyük səhvə yol veririk. Çünki möhkəm insan olmaq arzusunu xarici motivasiya idarə edir. Möhkəm insan olanlara isə yalnız daxili motivasiya təsir göstərir.

Möhkəm insan olmaq istəyi ideal insan olmaq arzusu kimidir və həqiqi möhkəmliklə əlaqəsi yoxdur. Möhkəm insan olmaq üçün isə özümüzə, sevgimizə, işimizə sadiq olmalı, yaşadığımız həyacanı qorumalıyıq.

Ch.Carter

Christine Carterin fikrincə, əgər övladınızın psixoloji möhkəm inkişaf etməsini istəyirsizsə, onda onu ilhamlandıran, həvəsləndirən məşğuliyyət tapın və onun məşquliyyətini dəstəkləyin.

Başqa sözlə desək, sizi möhkəm insana çevirəcək əsas amil – hədəfinizin, missiyanızın və ya həqiqi eşqinizin olmasıdır.