Dəb & Tərz

Playboy: Çılpaqlıq heç bir zaman problem olmayıb, çünki …

Playboy 2017
759views

Dünyanın ən məşhur kişi jurnalı Playboy, çılpaqlıq qərarından geri addım atdı.

Gəlmiş keçmiş ən məşhur kişi jurnalı Playboy, çılpaq qadın fotoşəkillərinə jurnalda yer verməmə qərarı aldıqdan bir il sonra geri addım atdı.

Jurnal, 2017 mart sayıyla birlikdə qapaqlarında yenidən çılpaq modellərə yer verməyə başlayacaqlarını açıqlayıb. Playboyun sahibi Hugh Hefnerin 25 yaşındakı oğlu və eyni zamanda oktyabr ayından bəri jurnalın yeni yaradıcı rejissoru Cooper Hefner qərarla əlaqədar olaraq bunları deyib:

“Jurnalda çılpaqlığın təqdimatı demode idi ancaq bir dəfəlik ləğv etmək də bir səhv idi, indi mart sayımızla birlikdə yenidən şəxsiyyətimizi geri alırıq. Çılpaqlıq heç bir zaman problem olmadı çünki çılpaqlıq problem deyil”

Playboyun qapağındakı ‘Kişilər üçün əyləncə’ ifadəsini də çıxaracaqlarını ifadə edən Hefner, “Playboy hər zaman kişilərin maraq sahələrinə aid olacaq ancaq cinsiyyət rolları cəmiyyətdə dəyişməyə davam etdikcə biz də dəyişəcəyik” ifadələrini bildirib.

Jurnal, Mart ayında çıxacaq olan yeni qapağını da paylaşıb. Qapaqda “Çılpaqlıq normaldır” yazısıyla birlikdə üst geyimsiz bir model iştirak edir.


Jurnalın gələcək sayında, ABŞ-da cəmiyyətə açıq yerlərdə körpə əmizdirmə və qadınların üstsüz gəzməsini əngəlləyən qanunların dəyişməsi üçün aktivistlik edən aktrisa Scarlett Byrne‘in də bir məqalə yazması gözlənilir.