İdman

Petr Çex Ginnesin Rekordlar Kitabına adını yazdırdı

278views

Premyer Liqa klublarından Arsenalın şərəfini qoruyan Petr Çex 2 sahədə 2017 Ginnesin Rekordlar Kitabına düşdü.

Premyer Liqa karyerasında 181 oyunda qol buraxmadan oyunu tamamlayan və rekord qıran 34 yaşlı qapıçı, eyni zamanda iki fərqli klubda(Chelsea və Arsenal) “qızıl əlcək” mükafatına layiq görülən tək qapıçı olmasıyla da rekordlar kitabına adını yazdırdı.

Aston Villa, Manchester City və Evertonda oynadığı vaxtlarda 580 oyunda ilk 11-likdə meydana çıxan Gareth Barry bu sahədə rekorda imza atdı və Premyer Liqadan kitaba düşən növbəti oyunçu oldu.

Real Madridin ulduzu Ronaldo Twitter’da 47 milyondan çox izləyici sayı ilə, 2015ci ildə 14.5 milyon sterlinq qazanan Novak Djokovic bir sezonda ən çox pul qazanan tenisçi adı ilə, 18 yaşında Formula 1 İspaniya Gran Prisində zirvəyə yüksələn Max Verstappen isə Formula 1-də qalib olan ən gənc pilot ünvanı ilə Rekordlar Kitabının 2017-ci il buraxılışına adlarını yazdırmağı bacardı.

Elnur Cəfərov
idman xəbərləri yazarı