Futbol

Pepe də Çin səfərinə hazırlaşır

Pepe Chine
79views

Real Madridin müdafiə oyunçusu Pepe, qış transfer dövründə Çinə gedə bilər.

Real Madrid ilə olan müqaviləsi 2017-ci ildə sona çatacaq Pepe’yə Çin Super Liqası klublarından Hebei China Fortune yüksək maaşlı təklif təqdim edib .

Marca qəzetinin xəbərinə görə, Madriddə 10-cu mövsümünü keçirən Portuqaliyalı futbolçuya Çin klubu illik 10 milyon avro təklif edib.

Madriddə illik 4.5 milyon avro qazanan Pepe’nin Çindən gələn təklifə müsbət yanaşdığı, ancaq ən böyük qorxusunun Portuqaliya Milli Komandasındakı yeri itirmək olduğu bildirilib.

Xatırladaq ki, Milli komanda ilə Avro 2016’nı qazanan Pepe, 2018 Dünya Kubokunda da forma geymək istədiyini söyləmişdi.

Real Madrid ilə bu günə qədər 327 rəsmi matça çıxan Pepe, bu oyunlarda 14 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.