Sağlamlıq

Payızın 7 ən xeyirli meyvəsi

409views

İmun sistemini gücləndirmək üçün hər fəslin öz meyvəsini yemək mütləqdir. Əsasən payızdan başlayaraq özümüzü artıq növbəti il üçün qorumağa, orqanizmi lazımi vitamin və mikroelementlərlə məhz bu fəsildən etibarən təmin etməyə başlamalıyıq.
Xeyirli olan bu meyvələr, bir qrup vitamini özündə cəmləşdirir.


Yaaz.az sizə ən xeyirli payız meyvələrinin siyahısını təqdim edir.



1.
C vitamini ilə bol olan Portağal, soyuqdəymə, qrip, zökəm xəstəliyinin dərmanıdır. Tərkibi B vitamini, kalsium, maqnezium ilə zəngin olan bu meyvə ürək xəstəliklərindən və iflicdən qoruyur, mədə xərçənginin qarşısını belə ala bilir. Dərini təravətli edərək, tərkibindəki minerallar cilddəki qırışların qarşısını alır. Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir. Həzmi asanlaşdırır. Gün boyu gümrah olmaq üçün səhər tezdən bir stəkan portağal suyu içmək kifayət edər.

b9f7e2e7aa16d4a8da52ad6fc9c4d8bd
Portağal

2. Heyva əsasən ürək, ağciyər, boğaz, mədə, göz, və bağırsaq xəstəliklərində istifadə edilir. Tərkibi protein, şəkər, A, B2 və C vitamini, dəmir kimi minerallarla zəngindir. Uşaqların böyüməsi və inkişafını tənzimləyir. Dərini, dıqnaqları parlaq və sağlam edir. Kərə yağında bişirilən heyva öskürəyin qarşısını alaraq tənəffüs yollarını açır. Heyva çiçəyini qaynadıb içmək ürəyi gəncləşdirir və baş ağrısının qarşısını almaq üçün müsbət təsir göstərir. Heyvanın yarpaqlarının da xeyri var , beləki yuxusuzluqdan əziyyət çəkənlərə heyva yarpağı əsil dərmandır.

87a585cae419859db41cff2f357bcba5
Heyva

3. Banan qan dövranını tənzimləyir, ürəyə və əzələ sisteminə xeyirlidir, yüksək təzyiqin qarşısını almaqda müsbət təsir göstərir. Yorgunluğu aradan qaldıran bu meyvə idmançıların bir nömrəli enerji mənbəyidir.

9f451da93385d73c5dd8770e9936be8b
Banan

4. Uşaqların inkişafı üçün çox faydalı olan Üzümün tərkibi kalsium, dəmir, həmçinin A, B1, B2, və C vitaminləri ilə zəngindir. Qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilən bu meyvə ürək döyüntülərini də tənzimləyir.

41bc0d85bf62fb82c1083bcda228df0f
Üzüm

5. Narın faydalarını saymaqla bitirmək olmaz. Bu meyvə çox dərdin dərmanıdır. Bədənin immun sistemini gücləndirir. Yorğunluğu aradan qaldırıraraq enerji ilə gün boyu bədəni təmin edir. Xolestrol və qan şəkərinin artmasına mane olur.

307ecfb2192088803eff3088ac3858bb
Nar

6. Gündə bir Alma ye həkimə möhtac olma deyiblər, A, C, E və B vitaminləri, fosfor, maqnezium, dəmir, kalsium kimi maddələrlə zəngin olan bu meyvənin, insanda ürək-damar xəstəliklərinin yaranması təhlükəsini 50%-dək azaldır. Həzm sistemindəki narahatlığa kömək edir. Qandakı şəkəri nəzarətdə saxlayır.

4e30fc24ad2b3c0a14c1b1671c3f293a
Alma

7. Armudun tərkibində olan A, B1, B2, B3, B6 və C vitaminləri, böyrəkdəki daş və duzların təmizlənməsinə kömək edir, təzyiqi salır, qanı təmizləyir. Revmatizmin müalicəsində də faydası olan bu meyvəni, yeməkdən əvvəl qəbul etmək məsləhətdir.

Armud

SAĞLAM OLUN!