Dəb & Tərz

Payızda gündəlik geyim seçimində çətinlik çəkməyin: 7 isti, rahat və dəbli nümunə

424views

Payız – yeniliklərin və dəyişikliliklərin vaxtıdır. Bu mövsümdə ən böyük dəyişikliyi qarderobumuzda edirik.

Geyimlərimizi yeniləsək də, bəzən “axı bu gün nə geyinim?” sualını özümüzə tez-tez veririk. Gündəlik geyim seçimində qərarsız qalmaq – hər bir xanımın vərdişidir.

Geyimlərinizi bir-birinə uyğunlaşdıraraq fərqli tərz əldə edə, çox göz oxşayan və dəbli görünə bilərsiniz.

İşinizi asanlaşdırmaq və sizi ilhamlandırmaq üçün, fərqli tərzdə uyğunlaşdırılmış gündəlik geyim üçün idealar təqdim edirik.

 

Payız tonları

l2
Payız tonları

 

Payız “sarı-narıncı” mövsümdür. Bu mövsümün rəng tonlarından geyiminizdə istifadə etməkdən əsla çəkinməyin. Əksinə, bu tonlar yumşaqlığı ilə həm əhvalınızı yüksək tutacaq, həm də sizi dəbli göstərəcək.

 

Rocker tərzi

l3
Rocker tərzi

Tünd rənglərlə “boz kütlə”dən seçilməyəcəyinizi düşünürsünüzsə – yanılırsınız. Metal, tünd göy, şabalıdı, tünd boz rənglərlə də tərzinizi önə çıxara bilərsiniz.

 

Rahatlıq üçün – elastik bel

l4
Rahatlıq üçün – elastik bel

Gündəlik geyimdə rahatlığınız üçün elastik belli şalvar və ətəklərdən istifadə edin. Parıltılı materiallardan olan geyimləri tərzinizdə vurğulayın: parıltılı ayaqqabını tünd və ya pastel rənglərində geyimlə uyğunlaşdırın.

 

Uzun sviterlər

l5
Uzun sviterlər

Uzun sviter və sviter donlar – ilin ən dəbli və ən rahat geyimidir. Bir az geniş sviterləriniz sizi isti saxlayacaq. Boz, ağ, qara və pastel tonlarında sviteri aksesuarınız və ya ayaqqabınızla vurğulaya bilərsiniz.

 

Cins şalvarlar

l6
Cins şalvarlar

Cins – çox funksional və daima dəbli materialdır. Bu şalvarlar həm rahatdır, həm də isti saxlayır. Cinsləri tünd, açıq, neytral tonlu sviterlərlə uyğunlaşdıra bilərsiniz.

 

Uzun donlar və uzun jaketlər

l8
Uzun donlar və uzun jaketlər

Geniş uzun donu uzun jaketlə uyğunlaşdırıb “forma” itkisindən çəkinməyin. Əksinə, “tökülən” geyimlər sizi daha incə göstərəcək. Aksesualarınıza qarşı da diqqətli olun: boyun hissəsi açıqdırsa, çokerlərdən istifadə edin.

 

Trapes (geniş balaqlı) şalvarlar

gallery-1476991372-hbz-thanksgiving-outfit-6
Trapes (geniş balaqlı) şalvarlar

Trapes şalvarlar yenidən gündəlik həyatımıza qayıdır. Bu şalvarları geniş və ya öz ölçünüzdə sviterlər, koftalarla uyğunlaşdıra bilərsiniz. Lakin bu cür şalvarla mütləq hündür daban ayaqqabıdan istifadə edin, əks halda geyiminiz boyunuz “alçaq” göstərəcək.