Rio 2016

Patimat Abakarova taekvando yarışlarında medal hesabımızı açdı

591views

Dünən olimpiadada taekvando yarışları start götürdü. Yarışların ilk günündə təmsilçimiz Patimat Abakarova mübarizəyə başladı. Xəbər verdiyimiz kimi Patimat bürünc medallar uğrunda mübarizəyə qoşulmuşdu. Təsəlliverici görüşdə çinli Vu Jingyuya son saniyədə başından vurduğu zərbə ilə qalib gələn Abakarova bürünc medal uğrunda görüşdə Fransa təmsilçisi Yasmina Aziezi 7-2 hesabı ilə məğlub edərək ölkəmizə daha bir medal qazandırdı.İdmançımızı bu münasibətlə təbrik edirik.

Elnur Cəfərov
idman xəbərləri yazarı