Rio 2016

Paralimpiya oyunlarında növbəti gümüş medal

318views

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan atleti Yelena Çebanu gümüş medal qazanıb.

Qol.az-ın məlumatına görə, atletimiz 100 metr məsafəyə qaçış yarışlarının final mərhələsində braziliyalı Alisya de Olviere Korrea, kubalı Omara Durand və Almaniya təmsilçisi Katrin Muller-Rotqarda qarşı yarışıb.

Məsafəni 11,71 saniyəyə qət edən idmançımız XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib olub.

Kuba atleti 11,40 saniyə nəticə ilə dünya rekordunu yeniləyib və qızıl medal qazanıb. Almaniya təmsilçisi isə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, daha əvvəl cüdoçular Ramil Qasımov qızıl, Bayram Mustafayev gümüş, Rövşən Səfərov isə bürünc medal qazanıb.

Elnur Cəfərov
idman xəbərləri yazarı