Kino

Pana Film 15 iyul Türkiyədə çevriliş hadisələrinə dair film çəkəcəyini anons edib

364views

Türkiyədə və həmçinin ölkəmizdə tanınan və izlənən “Kurtlar Vadisi” serialını çəkən Pana Film şirkəti 15 iyul Türkiyədə baş verən əsgəri çevriliş hadisələrini işıqlandırmaq üçün film çəkilişlərinə başlayacağını anons edib.

 

Bu barədə sosial şəbəkələr vasitəsi ilə, “15 İyul çevriliş cəhdini sinema və ya kino filmi olaraq hazırlamağımızı arzulayan ictimaiyyətin sıx istəyini qiymətləndirən şirkətimiz “KURTLAR VADİSİ ZƏRBƏ” kino filmini hazırlamağa qərar vermişdir.” – məlumat verilmişdir.

Xatırladaq ki, Pana Film 2004-ci ildə TV serialları və kino filmləri çəkmək üçün qurulmuş şirkətdir. Eyni il Ekmek Teknesi və Kurtlar Vadisi serialları ilə böyük bir tamaşaçı kütləsinə xitab edib. Kurtlar Vadisi serialı Türk televiziyalarında reytinq rekordlarına imza atıb. Pana Film, Sharon Stone və Andy Garcia kimi məşhur Hollywood ulduzlarını bu serial sayəsində Türk TV izləyiciləri ilə görüşdürüb.