Dizayn

Paltar 2 il Ölü dənizdə saxlanılarsa nə olar? Braziliyalı dizaynerdən maraqlı sınaq

223views

Braziliyalı dizaynerdən Ölü dənizdə maraqlı sınaq.

Bildiyimiz kimi Ölü dənizdə heç bir canlı yaşamır. Buna səbəb dənizin duzluluq səviyyəsinin olduqca yüksək olmasıdır. Bunu əsas amil olaraq görən Braziliyalı dizayner Sigalit Landau maraqlı sınaq testini etməyi qərarlaşdırmış və istəyini reallaşdırmışdır.

Belə ki, dizayner qara rəngli paltarı Ölü dənizin dərinliklərinə doğru batırmış və 2 il müddətində onun orada qalmasına və hər 2 həftədən bir nəzarət edərək baş verən dəyişiklikləri görmək üçün məkana gəlmişdir. 2 il sonra görünənlər isə tamamilə heyrətamiz nəticə verir. Ölü dənizin dərinliklərinə qara rəngdə batırılmış geyim artıq ağ rəngə boyanmış və hər bir millimetrində ağ duz dənəcikləri görünür vəziyyətdədir.