Digər İdman

Oyun vaxtı basketbolçunun gözü çıxdı

Basketbolcunun gozu cixib 2017
218views

Yeni Zelandiyada basketbol matçı əsnasında Breakers komandasının oyunçusu Akil Mitchell’ın gözü, rəqib komandanın oyunçusunun barmağının girməsi nəticəsində yerindən çıxıb.

Yeni Zelandiya mediası, oyunçunun vəziyyətinin yaxşı olduğunu barədə məlumat yayıb.

Hadisə Auckland’də, Cairns Taipans və Yeni Zelandiya Breakers arasında oynanan Avstraliya Milli Basketbol Liqası matçında baş verib.

ABŞ-lı oyunçu hücuma atıldığı vaxt rəqib komandanın oyunçusunun barmağı səhvən Mitchell’ın gözünə girib. Basketbolçu sol gözünü tutaraq yerə yıxılıb ardından isə dərhal xəstəxanaya qaldırılıb.

yaaz.az Basketbolcunun gozu cixib

Yeni Zelandiya radiosuna müsahibə verən oyunçu, ” Əlimi üzümə apardığım zaman gözümün çuxurda deyil sifətinin kənarında olduğunu hiss etdim. Və həmin an dəhşətə gəldim ” deyə bildirib.

24 yaşındakı basketbolçu tamaşaçıların və digər oyunçuların həyəcan içərisində olduğunu hiss etdiyində, gözünün daha görməyəcəyini və karyerasının bitdiyini düşündüyünü söyləyib.

Mitchell ” Təcili yardıma daxil olduqda mənə ağrı kəsici verdilər və gözümə hansısa dərman tökdülər, həmin vaxt da gözümün yerinə yerləşdiyini hiss etdim. Olduqca qəribə bir hiss idi” deyə əlavə edib.

yaaz.az Basketbolcunun gzo cixib

Basketbolçu, xəstəxanadakı müalicənin ardından təxliyə edilib.

Yaşadığı hadisə ilə bağlı tweet yazan Mitchell, “Gözümü yenidən qırpa bilmək çox gözəl hissdir” deyə bildirib.

Basketbolcunun tezliklə tamamilə sağalacağı və bir müddət qoruyucu eynək taxaraq yenidən oyunlara çıxacağı gözlənilir.