Təhsil

Oxfordda oxumaq üçün cavablandırmanız lazım olan – Suallar

474views

Məzunları arasında Richard Dawkins, Stephen Hawking, Oscar Wilde, JRR Tolkien, Tim Berners-Lee kimi möhtəşəm zəkalar olan Oksfordun, tələbə seçimində “bir az” seçici davranması yəqin ki, heç birimizi təəccübləndirməz.

Təxmin edəcəyiniz kimi, içində olduğumuz il etibarilə Oksford dünyanın ən yaxşı universitetidir. Üstəlik də buna bənzər (və hər il) hazırlanan bütün siyahılarda demək olar ki, istisnasız olaraq 1 nömrədə oturur.

Şübhəsiz, müsahibə sualları da məktəbdə öyrədilənlərin tutuquşu kimi təkrar olunacağı tərzdə soruşulmur.

oxford1-2

Oksforda girmək üçün nə bildiyinizdən çox, “necə” düşündüyünüz çox əhəmiyyətlidir. Universitetin bakalavr qeydiyyat direktoru Doktor Sami Khana görə bu suallar bir fürsət xarakterindədir.

oxford1-5-536x420

“Oksfordda, əvvəl necə bir təhsil almısınız, ya da nə cür imkanlara malik olaraq oxuduğunuzun bir əhəmiyyəti yoxdur. Bu müsahibələr, müraciət etdiyiniz hissəyə nə qədər maraq göstərdiyinizi izah etməyiniz, indiyə qədər bu fəsillə bağlı məsələlərə marağınız və bunu göstərməyiniz üçün aparılır”.

Bəzi nümunəvi suallara birlikdə baxaq:

1. Bir roman və ya oyunu “siyasi edən şey nədir?”
Məsələn, Müasir Fransız hissəsinin namizəd tələbələri bu sualın cavabını vermək məcburiyyətindədirlər.

ox

2. Böyük Britaniyada hər 4 ölümdən birinə xərçəng səbəb olur. Filippin isə hər 10 ölümdən birinə. Bu fərqə yol açan amillər nələr ola bilər?
Oksford Queens College Tibbi hissə namizədlərinin üzləşdiyi suallardan bir nümunə gördünüz.

oxford1-1

3. Dik bir divara söykənib pilləkənə yan tərəfdən baxdığınızı düşünün. Pilləkənin ən orta pilləsinin yan səthi fərqli bir rənglə işarələnib. Pilləkən yerə doğru düşərkən, bu işarəli nöqtə havada necə bir şəkil çəkir?
Bu sual isə ‘Oxford Christ Amerikalılar College’də Riyaziyyat bölməsi namizədlərinə soruşulur.

oxford1-6-1
4. Birini günahlandırarkən sizcə, tam olaraq nəyin təsiri ilə hərəkət edirik?
PPE (Siyasət, Fəlsəfə və İqtisadiyyat) tələbə namizədlərinin müsahibədə qarşılaşdıqları, Oksford St. Annes College’də verilən suallardan biridir.

oxford1-3
5. Ailədəki böyük qardaşların kiçik qardaşlara görə IQ sınaqlarında həmişə daha yüksək nəticə göstərirlər. Səbəbi nə ola bilər?
Oksford St. Annes College Eksperimental Psixologiya tələbə namizədlərinə verilən suallardan bir nümunə.

oxford1-2

BONUS: Oksford müsahibələri, Eynşteynin bu sözlərini xatırladır:

“Səs sürəti nədir” sualına Eynşteynin cavabı:
“Bir yerdə yazılı halda tapa biləcəyim məlumatı ağlımda tutmamalıyam. Təhsilin məqsədi əqli kitablarda yazılan min bir növ şeylə doldurmaq deyil, sağlam düşünüb inkişaf etməyi öyrətmək olmalıdır”.

oxford1-7