Təhsil

Oxford Universitetindən 700 il sonra bir ilk

Oxfort 2017 France
759views

Xaricdə kampusu olmayan Oxford Univesiteti Brexitə görə bu 700 illik ənənəyə son qoyaraq, Fransada kampus aça bilər.

“The Telegraph” qəzetinin təhsil redaktoru Harry Yorke yazır ki, Fransadan rəsmilər Oxford-a gələrək universitet nümayəndələri ilə görüşüb və Brexit-dən sonra Avropa İttifaqı (Aİ) fondlarından faydalana bilməsi üçün universitetin Parisdə bir kampus açmasını müzakirə ediblər.

Fransada açılan kampus qanuni olaraq Fransız universiteti sayılacaq və bu səbəbdən Aİ fondlarından maliyyələşmə hüququna sahib olacaq.

“The Telegraph” qəzetinə şərh verən Oxford universitetinin təmsilçisi hələ bir qərarın verilmədiyini vurğulayaraq, “Oxford tarixi boyunca həmişə beynəlxalq bir universitet olub və siyasi dəyişikliklərdən asılı olmayaraq gələcəkdə də dünyaya açıq olmaq niyyətindəyik”, deyib.

yaaz.az Oxfort France 2017

İnşaat 2018-ci ildə başlayacaq

Əgər plan reallaşdırılsa, Oxford-un Parisdəki kampusunun inşaatına 2018-ci ildə başlanacaq.

Britaniyanın başqa universitetləri də Parisdə kampus açmağı nəzərdən keçirirlər.

Aİ Britaniya universitetlərinə ildə 2 milyard funt sterlinq yatırır. Lakin Brexit-dən sonra universitetlərin gələcək statusu aydın deyil.

Oksford Universitetinin Brexit strategiyasına məsuliyyət daşıyan Prof. Alastair Buchan da keçən ay belə bir həllin hər iki tərəf üçün müsbət olacağını deyib.

yaaz.az Oxfort France 2017

O deyib ki, bu yolla Britaniya universitetləri Aİ fondundan faydalanmağa davam edə biləcək və eyni zamanda Britaniya universitetlərini qəbul edən Aİ ölkələri dünyanın ən yaxşı universitetləri ilə əməkdaşlıq etməyə imkan yaranacaq.

Brexit sonrası Fransa həmçinin Britaniyanın maliyyə və bank sektorlarını da Fransaya cəlb etməyə cəhd edib.