Təhsil

Oxford Universiteti, 2017-ci ildə pulsuz online kurslar verəcək

1.3Kviews

Bir çox məşhur universitetlər internet üzərindən pulsuz dərslər nəşr edirlər. Yaxın müddətdə bu universitetlərə Oxford Universiteti də əlavə olunacaq.

Oxford Universiteti hazırda dünyanın bir nömrəli universiteti olaraq qəbul edilir. Hal-hazırda dünyanın ən yaxşı universiteti olaraq göstərilən Oxford Universiteti, yaxın zamanda internet üzərindən pulsuz dərslər verəcəyini bildirib.
Daha əvvəl də Berkeley, HarvardMIT kimi nüfuzlu universitetlərin pulsuz dərslər verdiklərinə şahid olmuşduq və bu universitetlər hazırda da bu dərslərinə davam edirlər. 2017-ci il fevral ayından etibarən Oxford da bu universitetlərin arasına qatılır və pulsuz dərslərinə başlayır.
Qeyri-kommersiya online öyrənmə platforması EDX ilə iş birliyi edən Oxford, ilk olaraq iqtisadiyyat dərsləri verəcək. İnternet üzərindən dərsləri verəcək olan adam isə Oksford İqtisadiyyat və Cəmiyyət Siyasəti professoru Sir Paul Collier olacaq.