Dünya

Oxfam: 8 adamın sərvəti dünyanın yarısının varlığına bərabərdir

204views

Dəyişən dünya nizamında yoxsulluq artarkən, bəzi coğrafiyalar böyük ağrıları yaşamağa davam edir.

İngilis yardım quruluşu Oxfam, dünyanın ən zəngin 8 adamının ümumi 426 milyard dollar sərvətə sahib olduğunu, bunun ən yoxsul 3,6 milyard insanın, yəni dünyanın yarısının sahib olduğu varlıqla bərabər səviyyədə olduğunu açıqlayıb.
Oxfam
Oxfam baş direktoru WINN Byanyima bu ədalətsiz dağılımın utanılacaq bir vəziyyət olduğunu söyləyib. Siyasətçilər isə zəngin və yoxsullar arasında uçurumun artmasından narahat olduqlarını açıqlayıblar.

Dünyanın ən zəngin 8 kişisi arasında 75 milyard dollarlıq varlığı ilə Microsoftun qurucusu və idarəçisi Bill Gates birinci sırada gəlir. Facebookun rəhbəri Mark Zuckerbergin 44,6 milyard dollarlıq gəliri var və 6-cı sırada gəlir. 40 milyardlıq gəlirə sahib Bloomberg informasiya işlətmələrinin sahibi Michael Bloomberg isə 8-ci sırada yer alır.

Oxfam’ın təklifləri

Oxfam
İngilis yardım quruluşu Oxfam bu bərabərsizliyin azaldılması istiqamətində Holdinglərə dünya səviyyəsində minimum vergi dərəcələrinə görə vergi kəsilməsini, beynəlxalq holdinqlərin əldə etdiyi qazanclar və vergi ödənişlərində şəffaflığın tətbiqi və çox yüksək gəlirlər və varlıqlılardan xüsusi vergi kəsilməsini tələb edir. Çin və Hindistanda yeni əldə edilən statistikalara görə bu ölkələrdəki yoxsulların indiyə qədər təxmin ediləndən daha az gəlirə sahib olduqları da ortaya çıxarılıb.
Oxfam
Oxfam, dünya səviyyəsində gəlirlərin 1988-ci ildən 2011-ci ilə qədər təxminən 11 trilyon 900 milyard avro ətrafında artdığını, bu məbləğin ən çox dünyanın ən zəngin yüzdə 10 seqmentinə yaradığını açıqlayır.
Oxfam
Oxfam, ictimai bərabərsizliyə siyasi və ticari sahədəki bəzi səhv inkişafların yol açdığı qənaətindədir. Bu səbəblə Oxfam dövlətlərin öz ölkələrinin firmaları üçün ən az səviyyədə vergi ödəmək üzrə bir-birinə qarşı rəqabətə girişəcəklərinə, bir-birləriylə daha sıx olaraq əməkdaşlığa girişməlerini tələb edir. Ayrıca dövlətləri, sərmayədarların mənfəətlərindən çox, diqqətlərini çalışanlara və ekoloji təsirlərə sıxlaşdırması da tələb edilir.