Astrologiya

Oxatan bürcü qadını və kişisi

10Kviews

Oxatan bürcü 23 Noyabr – 21 Dekabr

ÜMUMİ XÜSUSİYYƏTLƏRİ
Ulduzunuz: Yupiter (Bolluq, sevinc və zənginlik mənbəyidir)
Qrupunuz: Atəş, müsbət
Bürcünün cinsiyyəti: Kişi
Bürcünün növü: Can
İstedadınız: Düşünmə
Əməliniz: Böyük şöhrətə qovuşmaq
Məqsədiniz: Çox gəzib görmək, çox şeyə qovuşmaq
Mənfi cəhətiniz: Başqalarını alçaltmaq
Uğurlu gününüz: Cümə
Uğurlu rənginiz: Bənövşəyi və tünd mavi
Uğurlu çiçəkləriniz: Yasəmən, bənövşə
Uğurlu qoxular: Nərgiz, bənövşə, zanbaq
Uğurlu musiqiniz: Pop musiqi
Ehtimal olunan xəstəliyiniz: Bud və bud xəstəlikləri, revmatizm, ağciyər xəstəlikləri
Evlilik üçün uyğun olan bürc: Tərazi və Dolça
Müvəffəqiyyətli olacağınız peşələr: Bank, vasitəçilik, menecerlik, idarə, idarəçilik, siyasət, hüquq məşvərətçi, dövlət xadimi, müəllimlik, sənətkarlıq
Müsbət istiqamətləri: Geniş və ilham verən bir zehin. Nəticələri öncədən görmə. Uca ruhlu və səxavətli. Həm müəllim, həm hakim. Açıq sözlü və gözü bir.
Mənfi Cəhətləri: Zehni məsələyə cəlb etməmək, Səhv şişirtmələrə meylli, Tamahkar və hər zaman razı olmayan. Diktator və təbliğatçı.

SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

Oxatan bürcünün ideyası həyatımızın görünür bütün ehtiyatsızlığının arxasında müdhiş bir rejim olduğuna bel bağlamaqdır. Bu rejimin açarını təcrübəylə, tədqiqatla, gündəlik həyatın qəliblərini qırmağa istəkli olmaqla tapır. Müxtəlif düşüncə formalarına açıq qalma ehtiyacında olan Oxatan bürcünün bunun üçün seçəcəyi üsullardan biri səyahətdir. Əsas ideyası həm daxili, həm də xarici dünyanın üfüqlərini genişləndirməkdir. Oxatan bürcü strategiyası, həyatı bir macəra kimi, təminatı düşünmədən yaşamaq və arxasında gizlənməkdə olduğunu fərq etdiyi hər bir fikir və ya fikri könüllü olaraq bir kənara qoymaqdır. Bu strategiyalar üçün azadlıq zəruridir. Coşğunluq, macəraçılıq, şən bir ruh – bunlar Oxatan bürcünün mənbələridir. Dərhal uyğunlaşa bilir, çətinliklərdən asan xilas olur. Hər şeyi bildiyini güman etmək, təkəbbür, lütufkarlık, həddən artıq nikbinlik və yanlış qiymətləndirmə üzündən Oxatan bürcü bir anda faciənin bürcünə çevrilə bilər. Digər kölgəsi insan münasibətlərində baş verən həqiqi yaxınlıqdan uzaq durmasında yatır.

OXATAN KİŞİ

Azadlığına düşkün olmasına baxmayaraq sevgilisinə qarşı çox qısqanc və tutucudur. Davamlı sahiplənici davranışları ilə sevgilisini əziyyətdən çıxara bilər. Qarşısındakı adama birdən-birə sevdiyini söyləyə bilir. Üstünə çox düşüb onu məmnun edəcək şeylər edə bilər. Amma sonra ani bir qərar verərək uzaqlaşa da bilməkdədir. Problem qarşı tərəfdə deyil, Oxatan bürcü kişisindədir, çünki fikir dəyişdirmişdir. Her məsələdə mütləq ümumi mədəniyyəti vardır. Qarşısındakıların problemlərinə qarşı həssaslıqla yanaşır.

OXATAN QADINI

Oxatan bürcündə doğulan kişilər kimi qadınlar da müstəqilliklərinə çox düşkündür. Asan evlənməyi istəməzlər. Oxatan bürcü qadını ailəsini və yaxınlarını sevir və onlarla çox məşğul olur. Qətiyyən onun ailəsini tənqid etməkdən uzaq durmalısınız. Onlardan uzaq qalsa belə, yenə də onları axtarıb soruşmağı laqeydlik etməz. Evdə də yaşasa, çalışsa da özünü əyləndirəcək bir məsələ tapacaqdır. Məlumata heyrandır. Bu səbəblə oxumağı, davamlı yeni şeylər öyrənməyi çox sevir.

YÜKSƏLƏN BÜRCÜNÜZ OXATAN

Əgər astroloji xəritənizdə Oxatan bürcü yüksəlirsə o zaman fəlsəfə həvəskarı, müstəqil və cəmiyyətdə mənfəəti üçün yüksək idealları olan bir tipsiniz deməkdir. Dəniz ətrafı ölkələr daim diqqətinizi çəkəcəkdir. Bu üzdən başqa ölkələrin həyat formaları sizin maraq dairəniz olacaqdır. Xaricdə iş imkanları tutmağınız mümkündür. Bununla yanaşı, cəmiyyətdəki hüquqlar bölgüsü məsələsində qüvvətli bir fikrə maliksiniz və hər bir fərdin hüququna dərindən dəstək verəcəksiniz. Sizə digər insanların qəlbini və ideyalarını qazanmaq son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən özünüzü cəmiyyət xeyrinə bəzi layihələrə atmağınız mümkündür.

Digər bürclər:

[vc_row][vc_column width=”1/3″]qoch

Qoç bürcü

buga

Buğa bürcü

ekizler

Əkizlər bürcü

xerceng

Xərçəng bürcü[/vc_column]

[vc_column width=”1/3″]
shir

Şir bürcü

qizlar

Qız bürcü

terezi

Tərəzi bürcü

eqreb

Əqrəb bürcü[/vc_column]

[vc_column width=”1/3″]
oxatan

Oxatan bürcü

oglaq

Oğlaq bürcü

dolca

Dolça bürcü

baliqlarBalıqlar bürcü[/vc_column][/vc_row]