CihazlarPsixoloji yanaşmaŞəbəkə

Övladınızın ağıllı telefonunu əlindən alsanız nə baş verə bilər?

Ushaqlarda telefondan asililiq problemleri
171views

Karly Tophill, hər səhər 13 yaşındakı oğlunu asılı olduğu iPhone’undan ayırıb məktəbə göndərmək üçün bir xeyli əziyyət çəkirmiş. Övladı Dylan, məktəbdən gəldikdən sonra da dərhal telefonuna sarılır, bütün vaxtını sosial mediada keçirir və dərslərinə qətiyyən əhəmiyyət vermirdi.

Ancaq Karly, bir çox valideynlərin etmək istədiyini edir və Dylan’ın telefonunu 1 illiyinə əlindən almaq qərarına gəlir. Ata, 3 ay boyunca oğlunun etirazlarına əhəmiyyət vermir və Dylan 6 həftə sonra artıq dəyişməyə başlayır. Dylan’ın məktəbə həvəsi yaranır, qiymətləri yüksəlir, daha çox danışmağa və çölə çıxıb oynamağa başlayır.

Karly, “Bu bizim üçün çox doğru bir qərar oldu, hər kəs də belə etməlidir” deyə söyləyir. Ancaq bir çox ailə bu sözləri deməyin asan, həyata keçirməyin isə çətin olduğunu düşünür.

3 ay ərzində telefon istifadəsini dayandıran Dylan, telefonuna gələn bildirişlərə cavab verə bilmədiyi üçün özünü narahat hiss etdiyini ancaq daha sonra bunun o qədər də böyük problem olmadığını anladığını bildirir.

13 yaşındakı yeniyetmə, “O qədər də pis deyil əslində, başqa işlər görmək üçün bir xeyli vaxt əldə etdim” deyə söyləyir.

yaaz.az Ushaqlarda telefondan asililiq

Uşaqların əylənmə vasitəsi olaraq ağıllı telefonları seçməsi çox təqdir edilmir lakin buna qarşı nə etmək lazım olduğuna dair də araşdırmalar yoxdur.

Aparılan araşdırmalara görə 11-16 yaş arasındakı uşaqlar internetdə gün ərzində 26 paylaşım edir. Ailələri tərəfindən müəyyən məhdudiyyətlər qoyulan 80 % uşaqların isə sözü gedən problemdən qurtulduqları bildirilir.

Yaxşı, ağıllı telefonlar ailə həyatına bu qədər təsir edirsə, uşaqlara məhdudiyyətli davranış aşılamaq niyə bu qədər çətindir?

yaaz.az ushaqlarda telefondan asililiq

Psixoloq Aric Sigman, valideynlərin uşaqlarındakı bu asılılığa qarşı çıxmalarının övladlarına müsbət təsir edəcəyini bildirir.

Sigman, “İlk olaraq onu qeyd edək ki, ağıllı telefon axmaq bir vasitədir. Bunlar telefon deyil. 10 il əvvəlki kompüterlərdən qat-qat güclü cihazlardır. Və onun istifadəsi həyat tərzi yox, tibbi bir xəstəlikdir” deyə söyləyir.

Sigman, valideyinlərə övladlarını yatmazdan bir iki saat əvvəl elektron cihazlardan ayırmalarını təklif edir:

“Yataq otaqları uşaqların hissləri ilə bağlandığı bir yer olmalıdır, ancaq telefonlar yataq otaqlarını əyləncə mərkəzinə çevirib. Elektron cihazların gecə gec saatlara qədər istifadəsi yuxu itkisinə açıq səbəbdir. Gecə ikən bu cihazların istifadəsi depressiya, gərginlik, məktəbə qarşı biganəlik və artıq çəki qəbuluna səbəb olur. Çünki yuxusuz qalmaq aclıq hormonlarına da təsir edir”.

yaaz.az Ushaqlarda telefondan asililiq

Psixoloq valideynlərə uşaqlarına Telefon asılılığının pis əlamətlərini izah etmələrini təklif edir:

“Valideynlər övladlarına bu şəkildə deyə bilərlər; ‘Sosial mediada vaxt keçirməyini qadağan etmək istəmirəm ancaq bu marağı sən həyatın özündə də tapa bilərsən. Sosial həyatın, ətrafda və əsl insanlarla münasibətlərdə daha gözəldir. Daim sosial mediada vaxt keçirib özünü başqalarıyla müqayisə etmək səni bədbəxt edə bilər”.