KonsertTV

Oskar-a damğasını vuran səhv zərfin səbəbkarı ‘tapıldı’

277views

Oskar-a damğasını vuran səhv zərfin səbəbkarı ‘tapıldı’

Oskar mərasiminə damğa vuran, hətta tarixə geçən Ən Yaxşı Film mükafatının səhv komandaya verilməsi səhvinin səbəbkarının Leonardo Dicaprio ola biləcəyi iddia edildi.

Maraqla gözlənən 89-cu Akademiya Mükafatları Oskarları ötən sahiblərinə təqdim edildi. Gecənin ən nüfuzlu mükafatlarından biri olan Ən Yaxşı Film kateqoriyası iki dəqiqə fasilə ilə iki fərqli filmə verildi. Oskar tarixinə keçən bu xətaya mükafatı təqdim etmək üçün səhnəyə gələn məşhur aktyorlar Uorren BeattyFaya Dunaway-ə səhvən Ən Yaxşı Qadın Oyunçu kateqoriyasına aid zərfin verilməsi səbəb olub.

Səhnədə, qalibi açıqlamaq üçün zərfi açan Beatty, bir müddət susduqdan sonra tərəfdaşı Dunaway-ə zərfi uzadıb və qazanan La La Land (Aşiqlər Şəhəri) olaraq anons edildi. Film qrupu mükafatı almaq üçün səhnəyə gəldikdən sonra isə əsl qalibin Moonlight (Ay İşığı) olduğu fərq edilərək mükafat həqiqi sahibinə təhvil verilib.

Dünəndən bu yana gündəmdəki yerini qoruyan bu qalmaqalda səbəbkar məşhur aktyor Leonardo Dicaprio olduğu iddiası ortaya atılıb. Dicaprionun adının şübhəli olaraq gündəmə gəlməsinin səbəbi La La Land-ın ulduzu Emma Stoun-a Ən Yaxşı Qadın Oyunçu mükafatını təqdim edəcək adamın Di Caprio olması idi. Üstəlik, buna Dicaprionun Oskarı almaq üçün illər boyu gözləmiş olması da hesaba qatılanda “Dicaprio intiqamını aldı” şərhlərinə səbəb olub.