Kino

Oscar’dan sonrakı ilk yeni obrazının adı açıqlandı

169views

Leonardo DiCaprio’nun yeni layihəsi ilə dünya ‘Rock’n Roll’un doğulduğu illərə səyahət edəcək.

The Revenant (Diriliş) filmi ilə Oscar mükafatını qazanan aktyor; Elvis Presley, Ike Turner və Jerry Lee Lewis kimi əfsanəvi sənətçilərin karyerasında böyük yeri olan musiqi produsseri Sam Phillips obrazını canlandıracaq.

Film, Peter Guralnick’in 2015-ci ildə yayımlanan “Sam Phillips: The Man Who Invented Rock’N’ roll” əsəri əsasında çəkiləcək.

DiCaprio’nun baş rolda yer alacağı filmdə, The Paramount layihəsi ilə Memphis’dəki Sun Studiyasında kəşf olunan dj’in həyatı və 1950-ci illərdə ortaya çıxan Rock’N Roll janrının yaranışı lentə alınacaq.

DiCaprio filmin produsserliyini Jennifer Davisson, Mick Jagger, Victoria Pearman, Steve Bing, Ian Montone, Rick Yorn və Guralnick ilə paylaşacaq.

Filmin yayım tarixi, rejissoru, və ssenaristi ilə bağlı isə hələki heç bir məlumat verilməməkdədir.