Kino

‘Oscar’da ilk dəfə Müsəlman aktyor mükafata layiq görüldü

Mahershala Ali 2017 Oscar
282views

ABŞ-da Kino Sənətləri və Elmlər Akademiyasının təşkil etdiyi Oscar mükafatlarının 89 illik tarixində ilk dəfə müsəlman bir aktyor mükafata layiq görülüb.

ABŞ-lı aktyor Mahershala Əli bu il Moonlight filmindəki performansıyla “Ən Yaxşı Köməkçi Kişi aktyor” mükafatını qazanıb.

Əli, mükafat üçün Michael Shannon, Jeff Bridges, Lucas Hedges və Dev Patel kimi adlarla yarışıb.

California əyalətində doğulan 43 yaşındakı aktyor, Moonlight filmində bir narkotik satıcısını canlandırır.

yaaz.az Mahershala Ali 2017 Oscar

Mükafat mərasimində çıxış edən Əli, “Bu sahədə yetişərkən möcüzə müəllimlərdən təhsil aldım. Mənə davamlı olaraq bunun mənimlə əlaqədar olmadığını canlandırdığım xarakterlərlə əlaqədar olduğunu söylədilər. Mənə hekayələrin və bu xarakterlərin xidmətində olduğumu söylədilər. Bunu etmə fürsətinə sahib olduğum üçün çox şanslıyam” deyə bildirdi.

Xatırladaq ki Əli, House of Cards serialında Remy Danton xarakterini canlandırmışdı. Aktyor, Hunger Games, The Curious Case of Benjamin Button, Supremacy, CSI kimi filmlərdə də rol alıb.