Avtomobil

Opel, düşüncə gücüylə çalışan avtomobilini təqdim edir – Video

161views

Bu avtomobili işlətmək üçün start düyməsinə basmanıza gərək yoxdur, düşünməniz yetərlidir.

Bu ilki Paris Motor Show Sərgisində ziyarətçilər inanılmaz bir texnologiyayla qarşılaşacaqlar.

Dünya tərəfindən məşhur Alman avtomobil markası Opel, düşüncə gücüylə çalışan Opel Astra modelini təqdim edir. Bəs, Opel Mind adı verilən bu texnologiya necə bir funksiyaya sahibdir?

Avtomobilin qarşısındakı kürsüyə oturan ziyarətçilərin başına bir qulaqlıq yerləşdirilir. Qulaqlıq vasitəsilə zehinlərinə gələn dalğalar avtomobilin qoşma sisteminə ötürülür və bu sayədə mühərrik çalışır. Texnologiya şirkəti Reinsydr ilə bu texnologiyanı ortaya çıxaran Opel rəhbəri Jean-Baptiste Herman: “Ziyarətçilər, beyin fəaliyyətlərini ölçərək Bluetooth köməyiylə avtomobilə köçürən internet əlaqəli bir qulaqlıq taxırlar. Müəyyən beyin dalğalarını artırdıqca qulaqlıq bu beyin dalğalarını yığaraq avtomobilə çatdırır. Beləcə avtomobilin mühərriki çalışır. İndiki vaxtda çalışan yenilikçi tədqiqatçıların və nevroloqların çoxu insanlar tərəfindən nəzarət edilən maşın fikri üzərinə sıxlaşmış vəziyyətdə idilər. Bizim təqdim etdiyimiz texnologiyanın təməlində də bu yatır. Paris Motor Show bu texnologiyanı təqdim etməmiz üçün həqiqətən gözəl bir fürsət oldu.”
Opel Mind hələlik yalnız tanıtım mərhələsindədir.