Dəb & TərzMaraqlıTəbiət

Onların istifadəsi Filləri qoruya bilər

Tagua toxumlari haqqinda 2017 mart
612views

Fil dişinə çox bənzəyən sərt Tagua toxumları, dişləri üçün ovlanan Afrika fillərini qoruya bilər.

Vəhşi mühitdəki fillərin sayı gedərək azalmaqdadır. Fil dişinə olan tələb səbəbindən gündə 100-ə yaxın fil qaçaq şəkildə ovlanır. Afrika fillerinin sayı yüz il əvvəl təxminən beş milyon ikən bu gün 415 min olaraq göstərilməkdədir.

Fildişi satışı 1989-cu ildə qadağan edilməsinə baxmayaraq başda Çində olmaqla tələbatın davam etməsi səbəbindən Afrika filləri hələ də ovlanır.

48 yaşındakı Hollandiyalı Heerma van Voss, filləri qorumaq üçün maraqlı bir üsul üzərində çalışır: ‘Fil dişlərini toxumlarla əvəz etmək’.

Lakin bunlar bildiyimiz toxumlardan deyil. Bu, Cənubi Amerikada yetişən və altı növ palmalardan əldə edilən Tagua toxumlarıdır. Ölçüsü 9 cm’ə qədər olan ağımtıl toxumlar quruduğunda sərtləşir. Bu səbəbdən onlara “tərəvəz fil dişi” də deyilir.

Eynilə fil dişi kimi Tagua toxumları da oyularaq cilalana bilir. Bunlar, kiçik heykəllər və bijüteriya istehsalında rahatıqla istifadə edilir.

Voss adlı şəxs, 16 ildir Ekvador Quito şəhərində qurduğu Naya Nayok adlı şirkətinin ofisində Tagua toxumları satır və tələbatın getdikcə artdığını bildirr.

Toxum satışları bu gün Çin, Yaponiya və Sinqapur kimi fil dişi təlabatının yüksək olduğu ölkələr də daxil olmaqla 70 ölkəyə yayılmaqdadır. Çində bu ilin sonuna qədər fil dişi satışının qadağan olunacağını söyləyən Voss, Tagua toxumlarına təlabatın artacağını düşünür.

Tagua toxumlarına sahib altı növ palma ağacının elmi adı Phytelephas, yəni ‘fil bitkisi’dir. Əslində Avropaya Tagua idxalı 19-cu əsrə qədər gedib çıxmaqdadır. O vaxtlar bu toxumlar düymə, şahmat daşları, əl ağacı və bəzək istehsalında istifadə edilirdi.

Ancaq Tagua vaxt ötdükcə  gözdən düşmüşdü; Voss 2000-ci ildə Ekvador’a ilk getdiyində belə bir bitkinin varlığından xəbərsiz idi. Ekvadoru sevdiyi üçün burada qalıb bir şirkət quraraq taxta əşyaların satışını planlaşdırırdı.

Ancaq 2001-ci ildə Fransada yaşayan bir İngilis zəng vuraraq Tagua’dan hazırlanan kiçik heykəllər sifariş etmək istədi. Bu vaxt Voss, şirkətini inkişaf etdirmək üçün müştəri tələbini nəzərə almağın gücünə inanaraq tagua işinə girdi; və işlər yaxşı irəlilədi.

Şirkət artıq ildə 200 min dollarlıq Tagua satır. Ən böyük bazarı Fransadadır. Kəndlilərdən alınan toxumlar parçalanıb qurudularaq bijüteriya üçüün yararlı hala gətirilir. Quru Tagua’nın kilosu 30 dollardan satılır. Fildişinin kilosu isə Çində 1100 dollara qədər müştəri tapır.

Voss, Çində fil dişi qadağasının ardından Tagua satışının artacağına ümid edir. Lakin iki maneə var: Birincisi, ən böyük Tagua belə heç bir zaman fil dişi ölçüsünə çata bilmir. İkincisi isə fildişinin xüsusi olması və məşhurluğu Taguanı onun qarşısında zəif göstərir. Çində insanlar varlandıqca özlərinə xüsusi lüks əşyalar istəyirlər və fil dişi bunlardan biri hesab olunur.

Fil dişinə başqa bir alternativ isə Sibirin donmuş tundralarında yatır. Burada on minlərlə il əvvəl ölmüş mamontların dişləri nizamla tapılıb çıxarılır. İldə 60 ton mamont dişinin toplandığı təxmin edilir.

2014-cü ildə mamont dişinin kilosu 350 dollara satılırdı. Normal fil dişi qiyməti isə bunun üç qatına bərabərdir. Daha asan oyulduğu üçün usta sənətkarlar təzə Fil dişinə üstünlük verir.

Lakin Taguanın əldə edilməsi mamont dişindən çox daha asan və ucuz başa gəlir. Həmçinin bijüteriya istehsalında bu toxum daha çox istifadə edilir.