MaraqlıTəbiət

Onlar həyatına buludlarda başlayır: “Qar dənələri”

Onlar həyatına buludlarda başlayır: "Qar Dənləri"
568views

Şimal yarımkürəsində yaşayan başqa ölkələr kimi bizdə də qış ilin ən soyuq fəslidir.

Təmiz, göz oxşayan sevimli bu fəslin simvolu isə narın-narın yerə düşən, hər biri bir möcüzə olan qar dənələridir. Bir-birinə birləşələrək buz kristalları qrupunu əmələ gətirən qar dənələri öz həyatına buludlarda başlayır.

Belə ki, külək su buxarını yer səthindən çox yuxarıda yerləşən buludlara, temperaturun -40˚C qədər çatdığı hündürlüyə qaldırdıqda bu su buxarı qəfil donmaya məruz qalır və beləcə buz kristalları əmələ gəlir. Buz kristalları tədricən böyüyür, əksər hallarda bir-biri ilə birləşərək daha da ağırlaşır, daha sonra buludu tərk edərək yerə doğru hərəkət edirlər. Buludlar nə qədər yüksəkdə olarsa, temperatur da bir o qədər aşağı və qar dənəciyi də bir o qədər kiçik olur.

yaaaz.az qar deneleri foto
Həyatı buludlarda başlayan qar dənələri

Əgər buludda temperatur -3-0˚C olarsa- yastı altıbucaqlı, -5- -3˚C olarsa- iynəşəkilli, -8- -5˚C olarsa- prizmaşəkilli sütunlar, -8- -12˚C olars- yenidən yastı altıbucaqlı, -12- -16˚C olarsa- ulduzşəkilli, daha aşağı temperaturda isə bütün növ qar dənəcikləri əmələ gələr. Əgər buluddan aşağıdakı temperatur 0˚C-dən yüksək olarsa, qar dənəcikləri əriyir və yer səthinə yağış şəklində düşərlər.

Bir kub metr qarda 350 milyona qədər qar dənəciyi olur və onların hər biri unikal olub, digərinə oxşamır, onun son mərhələdə hansı forma alacağına isə Rütubət, Temperatur, Təzyiq, Külək təsir göstərir. Bu amillərin hətta minimal dəyişməsi belə, qar dənəciyinin şəklinə təsir göstərə bilir.

Beləliklə, hər bir qar dənəciyi öz həyatını yaşayır və hətta minimal dəyişiklərə belə reaksiya verir, ona görə də iki eyni qar dənəciyi sezmək qeyri-mümkündür.

yaaz.az qar deneleri foto
Rütubət, Temperatur, Təzyiq və Küləyin təsiiri ilə qarın forması müəyyənləşir

Hər bir qar dənələri üç hissədən ibarətdir: donmuş su buxarı, hava və toz hissəciyi. Bir qar dənəsinin 95% və ya daha artıq hissəsini hava təşkil edir. Məhz buna görə də onlar yüngül olub, çox yavaş sürətlə dövrə vuraraq yerə enirlər. Bir buz kristalı nə yeddi nə beş, məhz altıbucaqlı formaya malik olur. 6 bucaqlı bu kiçik möcüzələr haqqında ilk dəfə 1611-ci ildə məşhur astronom Jons Kepler tərəfindən ‘Yeni il hədiyyəsi’ və ya ‘Altıbucaqlı Qar dənəsi adlı , haqqında yazılmış inşasında qeyd olunmuşdur. Ancaq yenə hansı səbəbdən məhz 6 bucaqlı olması sirri açılmamışdır.

Günümüzdə ki, araşdırmalara görə bu bucaqların sayı, su molekulunun quruluşu ilə əlaqədardır. Bir su molekulu 2 hidrogen, 1 oksigen atomundan ibarətdir. Qar dənəciyi düşərkən fırlanırsa, onun forması ideal və simmetrik, yanı üstə və ya digər şəkildə düşərsə, forması qeyri-simmetrik olur. Bəzən isə qar dənəcikləri birləşərək topa halında düşürlər, hər bir belə topada 2-dən 200-ə qədər buz kristalı ola bilir.

yaaz.az qar deneleri foto
Bir buz kristalı altıbucaqlı formaya malik olur

Qarın dənəcəyinin yüksəklikdə əmələ gəlmə prosesini ilk dəfə fransız kəşviyyatçısı Qaston Tissandye şar uçuşu zamanı izləmişdir. O, güclü qar lopalarının yerə enən vaxtı hava şarı ilə Fransanın üzərinə qalxır, yüksəkliyə qalxdıqca isə lopalar kiçilir və nəhayət qar dənəsinə çevrilirdi. Qaston 2100 metr yüksəkliyində ikən şəffaf, təmiz havada, qar kristallarının əsl səma laborotoriyasının şahidi olur.

ABŞ-ın Vermont şəhərində həvəskar-fotoqraf Bentli 50 il ərzində mikroskop altında çəkib ərsəyə gətirdiyi qar dənələri kolleksiyasını ictimayyətə təqdim etmişdir. Bu kolleksiyada 5000 dən çox rəsm mövcuddurki, burda bir birinə bənzəyən ikinci qar dənəsi yoxdur. Bentlinin vəfatından öncə, ABŞ Hava Bürosu 2500-şəkildən ibarət qar dənələri atlası dərc etmişdir.

yaaz.az qar deneleri foto
Bir birinə bənzəyən ikinci qar dənəsi yoxdur

Ginnesin Rekordlar Kitabının verdiyi məlumata görə ən böyük qar dənəciyi 1887-ci ilin 28 yanvarında ABŞ-ın Montana ştatında Fort Keoda qeydə alınmışdır. Adi halda diametri 5 mm-ə qədər olan bu qar dənəsinin diametri 35 sm-ə yaxın imiş.

Qar dənəsinin rənginin ağ olması isə onun strukturunda havanın olması ilə bağlıdır. İşıq şüaları havadan və buz kristallarından əks olub yayılırlar. Suya düşən qar dənəciyi balıqların sevmədiyi qulaqla eşidilməyən, yüksəktezlikli səs çıxarır❄