Futbol

Olympique Lyon dünyanın ən gözəlini aldı

yaaz.az Alex Morgan Olympique Lyonda
690views

Dünyanın ən yaxşı və ən gözəl futbolusu olaraq göstərilən Amerikalı Alex Morgan, Fransanın Olympique Lyon klubuna transfer olunub.

Olympique Lyon klubu tərəfindən açıqlanan məlumatda, 27 yaşındakı futbolçu ilə 6 aylıq müqavilə imzalandığı və gələcəkdə müqavilənin 1 mövsüm daha uzadıla biləcəyi bildirilib.

Sosial mediada ən çox izləyisici olan idmançılar arasında yer alan Morgan, qadın futbolunun ən gözəl adlarından biri olaraq göstərilir.

ABŞ milli komandası ilə 120 oyuna çıxan Morgan, 73 qola imza atıb. 2012 London Olimpiya Oyunlarında və 2015 Dünya Kubokunda milli komanda ilə birgə çempion olub.

Qeyd edək ki, Alex Morgan ABŞ’ın Orlando Pride klubunda forma geyinirdi.