Rio 2016

Ölkəmizin aktivinə daha 2 bürünc yazıldı

872views

RİOda 13-cü gün 2 idmançımız ölkəmizə bürünc medal qazandırıb. Kişilərin 75 kq boks yarışlarında yarım final qarşılaşmaları keçirilib. Təmsilçimiz Kamran Şahsuvarlı təcrübəli kubalı boksçu Arlen Lopezə  məğlub olaraq bürünc medal qazandı. Qadınların 53 kqda sərbəst güləş yarışında bu gün ölkəmizi Nataliya Sinişin təmsil edirdi. Elə ilk görüşündəcə olduğca çətin rəqib ilə qarşılaşan Nataliya məğlub oldu. Onun məğlub olduğu yapon Saori Yoshida 3 qat olimpia,15 qat dünya çempionudur. Xoşbəxtlikdən Yoshida finala qədər irələdiyindən Sinişin təsəlli verici görüşlərdə iştirak hüququ qazandı. Təsəlli verici görüşdə Seneqal güləşçisi İsabelle Samboun məğlub edən təmsilçimiz bürünc medal uğrunda mübarizədə venesuelalı Angelica Villegası da 2-1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Bürünc qazanan hər iki idmançımızı təbrik edirik. Ölkəmizin aktivində artıq 10 medal var.

Elnur Cəfərov
idman xəbərləri yazarı