Maraqlı

Öldüyü zənn edilən gənc öz dəfnində oyandı

216views

Hindistanda qeyri-adi bir hadisə yaşanıb. Öldüyü zənn edilən gənc cənazə yolunda canlanıb, görənlər heyrət içində donub qalıblar.

Mumbainin cənubundakı Managundi kəndində bir ay əvvəl küçə iti tərəfindən dişlənilən Kumar Marewad, yüksək qırdırma nəticəsində xəstəxanaya qaldırılmışdı. Həkimlərin meningoensefalit olmasından şübhələndiyi Marewad, həyata dəstək sahəsinə bağlanmışdı. Uşaqlarının tənəffüs cihazından çıxarılması halında həyat şansının çox aşağı olduğunu öyrənən ailə, daha çox əzab çəkməməsi üçün Marawadı həyata dəstək sahəsindən çıxarmağa və evə aparmaq qərarı alıblar.

Huffungton Post Indianın xəbərinə görə, ailə evə çatanda Marewaddan nəfəs almaq, hərəkət etmək kimi bənzəri bir həyat siqnalı almayıblar. Marewadın ailəsi bunun üzərinə, oğullarını son yolçuluğuna yola salmaq üçün dəfn mərasimi keçirməyi qərara alıblar. Amma Marewad, cənazə mərasiminin keçiriləcəyi yerə gediş yolunda qəfildən canlanıb. Cənazə iştirakçıları heyrət içində donub qalarkən, Marewada müdaxilə üçün tez-tələsik xəstəxanaya aparılıb.

Times of India qəzetinə danışan Marewadın ailəsi övladlarının müalicə gördüyünü lakin bunun üçün maddi dəstəyə ehtiyac duyduqlarını bildiriblər.